Məhkəmə qərarları › İş №3(125)-860/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-860/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-860/2023 09.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X3, Musayev Musa Tofiq oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Gəncə şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər yol patrul xidməti inspektoru polis serjantı X2 onun idarə etdiyi 20EU215 dövlət qeydiyyat nişanlı, “VAZ-21154” markalı avtomobili saxlamışdır. YPX əməkdaşı onun avtomobili idarə edərkən guya sərxoş olduğuna və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etdiyinə görə barəsdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir ki, o, Azərbaycan Respublikası İXM-in 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokol əsasında TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. O, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla və həmin protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Ona görə ki, o, sərxoş olmamış, heç bir inzibati xəta törətməmişdir. Həmin vaxt ona tibbi müayinədən keçməsi təklif olunmamış, onun qolunda xəsarət olduğu üçün 1-ci polis şöbəsində təcili tibbi yardım gözləmişdir. Sonda o, şikayətin təmin olunaraq qərarın ləğv edilməsini və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ-nin YPX inspektoru X2 bildirmişdir ki, xx.xx.2023-cü il arixdə o, Şahmalı Hüseynovun avtomobilin saxladıqdan sonra sonuncunun sərxoş olduğundan şübhələndiyi üçün sonuncunu müayinə aparmaq istəmişdir. Lakin yolda olarkən Şahmalı Hüseynov qoluna xəsarət yetirdiyi üçün onlar Gəncə şəhər 1-ci polis şöbəsinə getmişlər. Həmin vaxt ora həkimnarkoloq dəvət olunmuş, Şahmalı Hüseynova alkotesterə üfürməsi, müayinə olunması təklif edilmiş, lakin sonuncu imtina etmişdir. O, bu barədə protokol tərtib etmiş, həmin protokolu növbəti məhkəmə iclasında təqdim edəcəkdir. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhər DYPŞ-dən göndərilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsinə görə Azərbaycan Respublikası İXM-in 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 343.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli, 1022-2023 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə X4 tibbi müayinədən imtina etmiş və aktı həkim A.M.Əliyev imzalamışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki şikayətçi X1 tibbi müayinəyə dəvət olunması və onun bundan imtina etməsi inzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektoru tərəfindən sübuta yetirilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, 1022-2023 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Şahmalı Hüseynovun tibbi müayinədən imtina etməsi qeyd edilsə də, bu barədə YPX inspektoru tərəfindən hal şahidlərinin iştirakı ilə protokol tərtib edilməmiş, həmçinin məhkəmə iclasında Orxan Dünyamalıyev bu barədə protokol tərtib etdiyini və növbəti məhkəmə iclasında həmin protokolu təqdim edəcəyini bildirsə də, növbəti məhkəmə iclasında iştirak etməmiş və heç bir sənəd göndərməmişdir. Halbuki qanunvericilikdə şəxsin tibbi müayinədən imtina etməsi bu barədə tərtib edilmiş protokolla rəsmiləşdirilir və digər sənədlər, həkim aktı, şahid izahatları və s. bu halı təsdiq edən sübutlar sayılmır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 13-cübəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir. Həmin Qanunun 83-cü maddənin 3-cü hissəsinə əsasən Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X4 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar