Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-864/2022 28.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhər, X6 küçəsi, ev 58 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə verilmişdir ona görə ki, o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1161/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 75 manat və 2(043)-2596/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 175 manat məbləğində aliment tutularaq tələbkar Məhərrəmova (Mehdiyeva) Pərvanə Yunis qızının xeyrinə ödənilməlidir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə icra İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2596/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1161/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında tutulan 75 manat alimentin miqdarı artırılaraq, hər ay 175 manat məbləğində müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh Şəxs alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri müvafiq olaraq xx.xx.2013-cü il və xx.xx.2021-ci il tarixlərdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra idarəyə çağırılmış və aliment borcunu ödəməsi tələb edilmişdir. Lakin borclu icraat dövründə borcunu tam şəkildə ödəməmiş və bugünkü tarixdə borclunun 5295 (beş min iki yüz doxsan) manat qalıq aliment borcu yaranmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, o, ürək qan damar xəstəliyi ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Bu səbəbdən borcunu ödəməyə imkanı çatmır. Borcunu ödəməkdən qərəzli olaraq yayınmamış, sadəcə olaraq imkanı olmadığından borcundan ödəniş edə bilməmişdir. Hazırda da ödəməyə maddi imkanı yoxdur. Borcunun ödənilməsi üçün vaxt verilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2596/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1161/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında tutulan 75 manat alimentin miqdarı artırılaraq, hər ay 175 manat məbləğində müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh Şəxs alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda Şəxs oğlunun ona 5295 (beş min iki yüz doxsan) manat borcu vardır. Şəxs aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır. Şəxs şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tələbkarın və icra məmurunun izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarından görünür ki, borclunun 5295 (beş min iki yüz doxsan beş) manat aliment borcu yığılmışdır. Tələbkar isə aliment borcunu tələb edərək şikayətçidir. Məhkəmə Şəxs aliment borcunu ödəməməsini, xəstəliklə bağlı işinin olmaması kimi ifadələrini borcu ödəməkdən qəsdən yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kimi qiymətləndirir. xx.xx.2015-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qəsdən icra etməkdən boyun qaçırmasını nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362–365, 425, 430–432–ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 28 oktyabr 2022-ci il saat 19:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(125)-864/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-864/2022
28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver