Məhkəmə qərarları › İş №3(125)-865/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-865/2022

28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-865/2022 28.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsi, polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 28 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər pasyolka deyilən ərazidə Bolmart marketin qarşısında telefonla danışan zaman ictimai yerdə ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuş və bununlada xırda xuliqanlıq etmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsini etiraf edərək məhkəmə iclasında göstərdi ki, 28 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər pasyolka deyilən ərazidə Bolmart marketin qarşısında polis əməkdaşları ilə qarşılaşmış, telefonda danışdığı şəxslə mübahisə etdikləri üçün əsəbləşmiş və nalayiq söyüşlər etməyə başlamışdır. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, əsəbi olduğu üçün polis əməkdaşlarının tələblərinə məhəl qoymamış və ünvansız söyüşlər söyməyə davam etmişdir. Həmin vaxt polis əməkdaşları onu Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Söyüş söyməkdə özünü təqsirli hesab edir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 izahatında göstərmişdir ki, 28 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Gəncə şəhər pasyolka deyilən ərazidə Bolmart marketin qarşısında bir nəfər şəxsin telefonla danışan zaman ucadan danışaraq səs-küy saldığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunu nizam-intizama dəvət etmişlər. Sonradan adı məlum olan Şəxs onun tələblərinə qəsdən tabe olmamış, səs-küy salıb ətrafdakıların nəzərlərini cəlb etməyə başlamış, ünvansız söyüşlər söyməyə davam etmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı işdə olan digər sübutlarla da, tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır. Onun məsuliyyətini ağırlaşdıran hal isə yoxdur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 6 (altı) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 28 oktyabr 2022-ci il tarixdən, saat 18:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar