Məhkəmə qərarları › İş №3(125)-867/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-867/2022

29.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-867/2022 29.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs ictimai yerdə nalayiq sözlər işlədərk ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə DYP əməkdaşlarının yoxlaması zamanı uca səslə ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam etmişdir. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsini etiraf edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Tağı Arani küçəsində avtomobili ilə hərəkətdə olan zaman DYPŞ-nin əməkdaşları avtomobili saxlamışlar. Dayandıqdan sonra isə polislər ondan sənədlərini təqdim etməsini istəmişlər və maşının duman işıqlarının LED işıqlar olduğu üçün qanunsuz olduğunu bildirmişlər. O isə zavoddan belə gəldiyini bildirmişdir. Polis əməkdaşları onunla razılaşmamış və onu maşının yoxlanması üçün DYP-nin binasına dəvət etmişlər, o isə atasına məlumat verdikdən sonra gələcəyini bildirmişdir. Sonra avtomobilinin müvəqqəti dayanacağa getməli olduğu üçün maşından sərnişinin düşməsini istəmişlər, sərnişin isə maşından düşməkdən imtina etmişdir. Sərnişin maşından düşdükdən sonra polis əməkdaşları ilə aralarında münaqişə yaranmışdır. Daha sonra DYP əməkdaşları hadisə yerinə PPX əməkdaşlarını çağırmışlar və onlarla birlikdə duracağa getmişlər, oradan isə onları 1-ci PŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı işdə olan yazılı izahatlarla da tam təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı işdə iştirak edən şəxslərin iştirakı ilə hadisə zamanı DYP əməkdaşları tərəfindən aparılmış video yazıya baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs, polis əməkdaşının Şəxs idarə etdiyi Prius markalı avtomobilin duracağa aparılmalı olduğunu bildirməsinə baxmayaraq, avtomobilin duracağa aparılmasından imtina edərək və ucadan danışmaqla polislərin onu təhqir etdiyini yüksək səslə bildirir və həmin vaxt küçədə ictimai qaydanın pozulmasına və ətrafda olan insanların səs-küyə oraya yığışmasına səbəb olur. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3–cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutlmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında daha ciddi tənbeh nəzərdə tutulduğundan Şəxs həmin maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun atası X2 müharibə veteranı olmasını, onun təqsirinin dərəcəsini nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu baxımdan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında 200 manat cərimə cəzası nəzərdə tutulduğundan tətbiq edilən cərimənin yuxarı həddi 150 manatdan artıq ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar