Məhkəmə qərarları › İş №3(125)-870/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-870/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-870/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olan, Gəncə şəhəri, Tereşkova küç, ev 43, mənzil 2-də yaşayan, evli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs hərbi hissə ərazisinə buraxılış vərəqəsi olmadan daxil olmuş, nəzarətburaxılış məntəqəsinin növbətçisinin “dayan” əmrinə tabe olmamışdır. Ona görə də barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X5 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 1996-cı ildən 2006-cı ilədək Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası MN hərbi hissəsində istehsalat ustası vəzifəsində çalışmışdır. 2006-cı ildə ailə problemlərinə görə işdən azad edilmiş, hal-hazırda X2 X6 Gəncə nümayəndəliyi koordinatoru vəzifəsində çalışır. Hərbi hissənin komandiri əvvəllər X3muşdur. Hal-hazırda Melnik Leonid həmin hərbi hissədə X8 Bölməsinin böyük mühəndisi vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə, saat 11-12 radələrində idarə etdiyi Hyundai Sonata markalı, **-XE- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin hərbi hissəyə getmiş, avtomobilini hərbi hissənin qarşısında dayandırıb nəzarət-buraxılış məntəqəsinə yaxınlaşmış, həmin vaxt NBM-də Kəmalə və Nazim adlı mülki işçilər dayanıbmış. O, həmin işçilərlə salamlaşıb X4 yanına, oradan da Etibar Həsənovun yanına getmək istədiyini bildirmiş, işçilər onu çoxdandır tanıdığına, xətrini istədiklərinə görə ondan hal-əhval soruşub onun içəri, yəni hərbi hissənin ərazisinə daxil olmasına icazə vermişlər. O da NBM-dən keçərək hərbi hissənin qərargahına getmişdir. X10 görüşüb hal-əhval tutmuş, Etibarla da görüşmək istədiyini bildirdikdə Leonid Melnik ona Etibar Həsənovun işdə olmadığını demişdir. O da oradan çıxıb hərbi hissənin ərazisini tərk etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, hərbi hissənin komandiri onun barəsində polisə müraciət etmişdir. Ona heç kim “saxla” əmri verməmişdir. NBM-də olan əməkdaşlar ona görə onun əleyhinə izahat verirlər ki, hərbi hissə komandiri xidməti vəzifəsindən istifadə edərək onları bu məzmunda ifadə verməsələr işdən çıxaracağı ilə hədələmişdir. Tutduğu vəzifəyə uyğun olaraq şəhid ailələrinə və qazilərin ailələrinin ehtiyacları üçün onlara lazım olan ləvazimatın toplanması üçün hərbi hissəyə siyahı aparmış, sonradan hərbi hissə komandirinin onun hərbi hissəyə rahat daxil olması xoşuna gəlmədiyindən belə bir göstəriş vermişdir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsini və əməldə inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 24 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, HK-1/246 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 27 aprel 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs hərbi hissə ərazisinə buraxılış vərəqəsi olmadan daxil olmuş, nəzarət-buraxılış məntəqəsinin növbətçisinin “dayan” əmrinə tabe olmadığına görə də onun barəsində İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-nin 535.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarda həmin vaxt hərbi hissədə olan hərbi qulluçuların izahatları əks edilmişdir. İzahatlardan görünür ki, Şəxs əməli digər şahidlərin izahatları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Şəxs Qarabağ uğrunda gedən döyüşlərdə iştirakını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar