Məhkəmə qərarları › İş №3(125)-872/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-872/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-872/2022 14.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X1, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 bildirdi ki, Bakı Apellasiya Məhkəməsinin 2-2(103)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu “İnter-Pak" MMC-dən 45.210 manat pul vəsasiti və 15 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu "İnter-Pak” MMC-nin adma elektron icra portalından və aidiyyatı orqanlara edlimiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs bildiriş və xx.xx.2021 -ci il tarixdə xəbərdarlıq göndərilmiş, bundan sonra borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmiş və borcunu ödəməsi tələb olunmuş, lakin o, pulunun olmadığını əsas gətirərək, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmurunun müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmədə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığı və natamam olduğu müəyyən edilmişdir. Belə ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İXM-nin 528.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Çünki həmin maddəyə əsasən icra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsi inzibati xəta hesab edilir. Lakin Şəxs rəhbəri olduğu "xxxx" MMC-nin "xxxx" ASC-yə olan Bakı Apellasiya Məhkəməsinin 2-2(103)-93/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən qət edilmiş 45.210 manat pul vəsaitini ödəməməsi, yəni məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməməsi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 100.1.4 və 100.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. - 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, yəni Şəxs törətdiyi inzibati xəta düzgün tövsif olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materiallar Gəncə şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. Sərdlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar