Məhkəmə qərarları › İş №3(125)-873/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-873/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-873/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta, subay, sürücülüklə məşğul olan, Gəncə şəhər, Cavadxan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində tərtib olunmuş material xx.xx.2023-ci il tarixdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin İTBnin polis sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 02:20 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində ucadan nalayiq ifadələr işlədərək, xırda quliqanlıq etmiş və həmin zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 02:20 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində ucadan nalayiq ifadələr işlədərək, xırda quliqanlıq etmiş və həmin zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə o dostunu evlərinə aparmış qayıdarkən Nicatın Nazimi vurduğunu görmüş Nicata şillə vurmuş atası yaşda adama əl qaldırmağı ona irad olaraq bildirmişdir. Daha sonra polisə nalayiq sözlər işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Etdiklərindən səmimi peşman olduğunu, heçkimdən şikayətçi olmadığını bildirmişdir. Səmimi peşmançılığı nəzərə alınaraq barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat saat 02.20 radələrində X2 biı neçə şəxs tərəfindən döyülməsi məzmunlu müraciəti ilə bağlı 4- cü PB-nin əməliyyat qrupu ilə birgə hadisə yeri olan Gəncə şəhəri Cavadxan qəsəbəsinə gedən zaman hadisə yerində adları onlara sonradan məlum olan X4 ilə X6 və Şəxs küçədə uca səslə qışqıraıaq biri-birilərinə nalayiq ifadələr işlətməsini görüb onlara yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Lakin onların ilk baxışdan sərxoş vəziyyətdə olmaları məlum olmuşdur Onlar həmin şəxsləri intizamlı olmağa dəvət etsələrdə həmin şəxslər küçədə nalayiq itadələr ilə biri-biriləıi təhqir edərək vurmağa cəhd edən zaman həmin şəxsləri sakitləşdirməyə çalımışlar, lakin həmin şəxslər qanuni tələblərinə qəsdən tabe olmayaraq öz əməllərini davam etdirdikləri üçün həmin şəxsləri polis avtomaşınında əyləşdirib sərxoşluq müayinəsindən keçmələri üçün aparmışlar. Lakin həmin şəxslər avtomaşında olan zamanda yol boyu öz hərəkətlərini davam etdirərək nalayiq ifadələrini dayandırmadılar. Həmin şəxslərdən X6 əlavə olaraq polis avtomaşınında gedən zaman polisin onu sərxoşluq müayinəsinə aparmasına etiraz edərək polisində ünvanına nalaxiq ifadələr işlətdi. Nazim Hüseynova edilən xəbərdarlıqlara baxmayaraq bütün yol boyu nalayiq ifadələrindən əl çəkmədi. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 27 aprel 2023-cü il tarixdə saat 03-00-da inzibati qaydada tutulmuş və həmin gün saat 16-50-də azad edilmişdir. İş materiallarında olan 968/2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcə alkoqol sərxoşu olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər deməkdir. Həmçinin, həmin məcəllənin 221.2.2-ci maddısinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə cinayət məsuliyyəti yaranır. İş materiallarına əlavə edilmiş sənədlərlə və inzibati icraat aparılan şəxsin izahatlı ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Şəxs dostunu evlərinə aparmış qayıdarkən Nicatın Nazimi vurduğunu görmüş Nicata şillə vurmuş atası yaşda adama əl qaldırmağı ona irad olaraq bildirmişdir. Daha sonra polisə nalayiq sözlər işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Raportdan və ifadələrdən görünür ki, hadisə yerinə polis əməkdaşları gəldikdən sonra da mübahisə davam etmiş və polisə-yəni hakimiyyət nümayəndəsinə müqavimət göstərmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində cinayət əlamətləri olduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, müvafiq materiallar baxılması üçün Gəncə şəhər prokuroruna göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə toplanmış materiallar araşdırma aparılması üçün Gəncə şəhər prokuroruna göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar