Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-876/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X6 vəkili Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X19 Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru, daxili xidmət kapitanı X5 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X19 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 350 (üç yüz əlli) manat inzibati cərimə olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X19 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsini və X16 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X19 Yanğın Nəzarəti İdarəsi tərəfindən "xxxx" MTK-nın şikayəti əsasında Ş.Ələkbərovun sahibi olduğu Ş.İ.Xətai pr.50, bina 1, 2-ci giriş, 2-ci mərtəbəbəsində yerləşən “Rahat Hotel” mehmanxanasında Gəncə Regional DYNİ-nin xx.xx.2024-cü il tarixli 5415 nömrəli Qərarı əsasında Yanğın-Texniki müayinəsi aparılması haqqında qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixli X1 baxılması nəticələri üzrə 5415 nömrəli Qərar qəbul edilmiş və həmin tarixli MN-1236823 nömrəli X16 protokol tərtib edilmişdir. Bundan sonra Gəncə Regional DYNİ-nin vəzifəli şəxsi tərəfindən Şahin Ələkbərovun barəsində xx.xx.2024-cü il tarixli, MN-1827928 nömrəli “İnzibati Tənbeh vermə Haqqında” Qərar qəbul edilmişdir. Həmin qərardan Şahin Ələkbərov qanunla müəyyən edilmiş müddətdə şikayət vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə onun şikayəti təmin edilməmişdir. Qərarın surətini rəsmi qaydada aldıqdan sonra həmin qərardan Apellyasiya şikayəti veriləcəkdir. X19 Yanğın Nəzarəti İdarəsi həmin mübahisə üzrə yekun qərarı gözləmədən, yenidən qərəzli olaraq, xx.xx.2025-ci il tarixli Yanğın-Texniki müayinə materiallarının baxılması nəticəsi üzrə 0333 nömrəli Qərar hazırlamış, həmin günə aid X16 MN ******* nömrəli protokol tərtib etmişdir. Bundan sonra həmin idarənin vəzifəli şəxsi tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın surəti rəsmi qaydada, yəni kağız daşıyıcısı vasitəsi ilə xx.xx.2025-ci il tarixdə X7 çatmışdır. Hesab edir ki, Gəncə Regional DYNİ-nin xx.xx.2025-ci il tarixli Yanğın-Texniki müayinə materiallarının baxılması nəticəsi üzrə 0333 nömrəli Qərarı, həmin tarixli MN ******* nömrəli protokolu əsassız və qanunsuz olduğuna görə həmin orqanın və İnzibati Tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək, icraata xitam verilməlidir. Belə ki, İnzibati Tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli Qərarda qeyd edilmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai pr.50, bina 1, 2-ci giriş, 2-ci mərtəbəbəsində yerləşən “Rahat Hotel” mehmanxanasında xx.xx.2024-cü il tarixli, 5415 nömrəli Yanğın-Texniki müayinəsi və xx.xx.2025-ci il tarixli, 0333 nömrəli Qərarla YTM müayinəsi zamanı, YTQ-nın 01-2001 bənd 5.1 və YTQ 02-2002,'' bənd 2.1.8.1 pozulmuşdur. İnzibati orqan həmin qərarla Şahin Ələkbərovu İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, ona 350 manat cərimə cəzası tədbiq etmişdir. Hesab edir ki, Şahin Ələkbərov tərəfindən İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulan X13 yol verilməmişdir. Belə ki, yuxarıda qeyd etdikləri sənədlərdən görünür ki, inzibati orqan “Rahat Hotel” mehmanxanasının binasında, binada yerləşən hüquqi şəxsin xx.xx.2024-cü il tarixli şikayət məktubu əsasında 1-ci dəfə plandankənar Yanğın-Texniki müayinə aparılması haqqında xx.xx.2024-cü il tarixli, 5415 nömrəli Qərar qəbul etmişdir. Hesab edir ki, hüquqi şəxsin şikayəti əsasında başlanmış həmin inzibati icraat işi X19 Yanğın Nəzarəti İdarəsi tərəfindən qanun pozuntusu ilə başlanılmışdır. Belə ki, DYN İdarəsinin xx.xx.2024-cü il tarixli Yanğın-Texniki müayinənin aparılması haqqında 5415 nömrəli qərarın 4-cü bəndlərində qeyd edilmişdir ki, müayinənin aparılması plandankənar təyin edilmişdir. Həmin Qərarin 8-ci bəndində qeyd edilmişdir ki, “İnsanların həyat və sağlamlığına, ətraf mühitə və dövlət əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərər vurulması barədə hüquqi şəxs tərəfindən müraciət (məlumat) daxil olmuşdur”. Hesab edir ki, həmin məlumat əsasında plandankənar müayinənin aparılması barədə Qərarın qəbul edilməsi qanunun tələbinə zidd olmuşdur. Belə ki, "xxxx" MTK tərəfindən verilən şikayətdə yuxarıda qeyd edilən səbəblərin heç biri olmamışdır. Şikayətdə həmin faktlardan hər hansı biri göstərilsə də, həmin məlumat yalan olmaqla, məlumat verənin qərəzli məqsədinə xidmət etmişdir. Yanğın Təhlükəsizlik əməkdaşları ilk dəfə şikayətlə əlaqədar Şahin Ələkbərovla söhbət zamanı, Şahin Ələkbərov onlara bildirmişdir ki, "xxxx" MTK rəhbərliyi onunla münaqişəli münasibətə girib, ona məxsus əmlakı əlindən almaq, tikilisini sökdürmək və fəaliyyətini bağlatmaq niyyətindədir. O, yoxlayıcılara bildirmişdir ki, "xxxx" MTK rəhbərliyi bunlarla bağlı əvvəl Gəncə Şəhər Məhkəməsinə, sonra isə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş, hazırda iş Gəncə Kommersiya Məhkəməsinin icraatındadır. Belə məlumat almalarına baxmayaraq və Qərarın 8-ci bəndində göstərilən səbəblərin heç biri olmadığına baxmayaraq, Gəncə Regional DYN İdarəsi xx.xx.2024-cü il tarixli əsassız qərar qəbul etmişdir. Qərar qəbul edilməmişdən əvvəl X20 Nəzarət İdarəsi hər il planlı yoxlamalarla məlumatlıydı ki, Şahin Ələkbərova məxsus “Rahat Hotel” Mehmanxanası 2020-ci ildən qanuni əsaslarla fəaliyyət göstərməklə 4 ildən artıq bir müddətdə İnsanların həyat və sağlamlığına, ətraf mühitə və dövlət əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərər vurulması ilə bağlı heç bir təhlükə yoxdur. Bundan başqa həmin qərarda qeyd edilmişdir ki, “Rahat Hotel” Mehmanxanasında sonuncu planlı (növbəti) müayinə xx.xx.2023-cü ildə aparılmışdır. Bu o deməkdir ki, 2020-ci ildən sonra hər il mehmanxana binasında növbəti müayinələr aparılmış və qanun pozuntusu müəyyən edilməmişdir. Hesab edir ki, belə bir əsassız və qanunsuz qərar əsasında Yanğın- Texniki müayinələrin aparılmasına dair qərarlar, qeyd edilən pozuntuların olmasına dair protokollar və inzibati hüquqpozmaya dair qəbul edilmiş qərarlar əsasında cərimələrin təyin edilməsi əsassız olmaqla, qanun pozuntularıdır. Yuxarıda da, qeyd etdilər ki, İnzibati Tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, Şahin Ələkbərov İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bununla bağlı bildirir ki, xx.xx.2025-ci il tarixli Qərarda qeyd edilən aşkar olunmuş pozuntular və həmin pozuntuların aradan qaldırılması üçün tədbirləri Şahin Ələkbərov yerinə yetirməyə borclu olmamışdır. Çünki bir daha qeyd edilir ki, “Rahat Hotel” mehmanxanası 4 ildən artıq bir müddətdə qanuni fəaliyyətdə olmuş, (yəni vergi orqanında rəsmi qeydiyyatdan keçmişdir) bu müddət ərzində hər il növbəti müayinə aparılmışdır. Gəncə Regional DYN İdarəsinin xx.xx.2025-ci il tarixli 0333 nömrəli qərarının 5-ci bəndində qeyd olunmuş pozuntuların hər biri 2000-ci ilə qədər görülmüş işlərdir. 4 ildən sonra həmin mehmanxananın guya müvafiq İcra Hakimiyyətinin icazəsi olmadan yenidənqurma işlərinin aparılmasının müəyyən olunması, guya tikinti-lahiyə sənədlərinin Dövlət Yanğın İdarəsi ilə razılaşdırılmaması və digər qeyd olunan pozuntuların müəyyən olunması məntiqi və əsaslı deyildir. Həmin Qərarın 6-cı bəndində qeyd olunan, görülməli olan tədbirlərin hər biri 4 il əvvələ aid olmaqla, hazırda görülməli tədbirlər deyildir. Çünki obyekt 2024-cü ildə tikilməmiş və yenidən qurulmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, pozuntu kimi qeyd edilən halların aradan qaldırılması üçün əvvəlki qərarla müəyyən olunmuş 20 günlük müddət və sonrakı qərarla müəyyən olunmuş “dərhal” müddəti sahibkarın hüququnu və qanuni mənafelərini pozan hərəkət olmaqla, yol verilməzdir. Bundan başqa iş üzrə nəzərə alınmalı mühüm fakt ondan ibarətdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 16(115)-61/2024 nömrəli Qərardadı ilə müvəqqəti təminat tədbiri qaydasında, həmin məhkəmənin icraatında olan Kommersiya işi başa çatanadək X7 mehmanxana binasında müəyyən işlərin görülməsi qadağan edilmişdir. Bununla bağlı Şahin Ələkbərov yoxlayıcılara məlumat verib, qərardadı onlara göstərsə də, müayinə aparıb protokol tərtib edən əməkdaşlar və X16 qərar qəbul edən vəzifəli şəxs, həmin mühüm halı nəzərə almamaqla, qərəzli mövqeyini təsdiq etmişdir. Hesab edir ki, Ş.Ələkbərovun əməlində İXM-nin 536.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Buna görə də X19 Yanğın Nəzarəti İdarəsinin vəzifəli şəxsi tərəfindən X6 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN-1828064 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və X16 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X6 vəkili Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X19 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X19 Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın nəzarəti şöbəsinin inspektoru, daxili xidmət kapitanı X9 məhkəməyə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X19 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Buna görə də qərardan verilmiş şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X6 hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X19 Yanğın Nəzarəti İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış X16 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X16 işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən X16 iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən X16 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X19 Yanğın Nəzarəti İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Rahat Hotel” mehmanxanasının sahibi, vəzifəli şəxs X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinib, ünvan 1 ünvanında yerləşən “Rahat Hotel” mehmanxanasında xx.xx.2024-cü il tarixli 5415 nömrəli YTM materiallarının baxılması nəticəsi üzrə 0333 nömrəli Qərar hazırlanmış, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli tədbirlərin yerinə yetirilməməsinə görə, ona 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-16(115)-61/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərardadından görünür ki, Gəncə şəhəri, Şah İsmayıl.Xətai prospekti 50 ünvanında olan 1 saylı yaşayış binası əvvəlki 2-ci giriş hazırki 4-cü giriş 2-ci mərtəbədə yerləşən qeyriyaşayış sahələrində (həm istifadədə olan, həm də istifadə olunmayan) təmir-tikinti işlərinin aparılması və həmin sahələrin icarəyə verilməsi ilə bağlı hərəkətlərin edilməsi ilk iddia üzrə cavabdeh X7 qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsinə əsasən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə-fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X16 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X16 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X16 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin e-16(115)- 61/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərardadından görünür ki, Gəncə şəhəri, Şah İsmayıl.Xətai prospekti 50 ünvanında olan 1 saylı yaşayış binası əvvəlki 2-ci giriş hazırki 4-cü giriş 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrində (həm istifadədə olan, həm də istifadə olunmayan) təmir-tikinti işlərinin aparılması və həmin sahələrin icarəyə verilməsi ilə bağlı hərəkətlərin edilməsi ilk iddia üzrə cavabdeh X7 qadağan edilməsi qərara alınmışdır. Belə olan halda X11 tərəfindən YTM materiallarının baxılması nəticələri üzrə 0333 nömrəli Qərarda qeyd edilən aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün tədbirlər görməsinin qeyri-mümkün olması aydın şəkildə görünür. Bu səbəbdən də məhkəmə hesab edir ki, şəxs əməlində inzibati xəta tərkibi olmadan inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X16 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X16 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, vəzifəli şəxs kimi X6 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X19 Yanğın Nəzarəti İdarəsinin rəisi X10 tərəfindən “Rahat Hotel” mehmanxanasının sahibi, vəzifəli şəxs X6 Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə olunması barədə qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X16 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X19 Yanğın Nəzarəti İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X16 iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-876/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-876/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver