Məhkəmə qərarları › İş №3(125)-877/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-877/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-877/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, X2 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında Qərarın ləğv edilməsinə dair verdiyi şikayət üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində Şəmkir Rayon Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş 11 iyun 2022-ci il tarixli TP № ******* saylı inzibati xəta haqqında Qərarın ləğv edilərək inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020ci il tarixli Plenum Qərarına uyğun əsasən, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konkret halda məhkəmə şikayət vermiş şəxsin işə onun yaşayış yeri üzrə məhkəmədə baxılmasına dair iş materiallarında vəsatətini aşkar etməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş materiallar aidiyyəti üzrə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxışı zamanı əgər məhkəmə İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən işin həmin məhkəmənin aidiyyatında olmaması halını müəyyən edərsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 110, 114-cü maddələrini rəhbər tutaraq qəraraaldı: X2 onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında inzibati tənbehvermə haqqında TP ******* saylı Qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar