Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-877/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, Göygöl rayon Prokurorluğunun nümayəndəsi Şahid3, X1 iştirakı ilə, X4 X5 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 09 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 09 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DƏMX-nin Gəncə-Daşkəsən RŞ-nin rəisi X3 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərar qəbul edərək guya o, Şahid1 əmək müqaviləsi bağlamadan ofisiant peşəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 1000 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Lakin, o. Şahid1 şəxsən tanımır və onu heç bir işin yerinə yetirilməsinə cəlb etməmişdir. Həmin şəxsi bir dəfə görmüş və həmin şəxs ona yaxınlaşaraq yeməkxanada ofisiant işinin olub-olmadığınını soruşmuşdur. O, isə rəhbərliyin yerində olmadığını və sabah gəlməsini bildirmişdir. Həmin şəxs sonrakı günlərdə yeməkxanaya gəlməmişdir. Bir müddət sonra polis zabitindən eşitmişdir ki, valideynləri Şahid1 evdən qaçaraq tüfeyli həyat keçirməsi ilə bağlı polis orqanına şikayət etmişlər. Şahid1 isə tüfeyli olmadığını sübut etmək üçün polis əməkdaşına guya Şahid1 izahatı əsasında DƏMX-nin Gəncə-Daşkəsən Regional şöbəsində araşdırılma aparılarkən həmin məlumatı yalan yazdığını bildirsədə, habelə həmin şəxsin onun yanında işlədiyi təsdiq edən heç bir sübutun, hal şahidlərinin olmamasına baxmayaraq əsassız olaraq onun barəsində DƏMX-nin Gəncə-Daşkəsən RŞdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Onun barəsində olan qərar əsassız və qanunsuz olduğundan mübahisələndirmək üçün Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. DƏMX-nin Gəncə-Daşkəsən RS-nin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün iddia ərizəsi yazaraq Gəncə şəhər Məhkəməsinə göndərmişdir. Gəncə şəhər Məhkəməsində 07 fevral 2025-ci il tarixdə qərardad qəbul olunaraq iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardad 13 fevral 2025-ci il tarixdə rəsmi təqdim edilmişdir. Bundan sonra müraciətini yanlış formada verdiyini anlamışdır. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş “İnzibat tənbeh vermə haqında” 09 yanvar 2025-ci il tarixli MN ******* nömrəli qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şahid1 onun restoranında işləməmişdir. O, Prokurorluqda verdiyi izahatını oxumadan imzalamışdır. Zamin onun yanında heç bir gündə işləməmişdir. Sadəcə onun restoranına gəlib-getmişdir. Anası polisə oğlu ilə bağlı şikayət etmişdir. Polis əməkdaşları restorana gəldikləri zaman Zamini onlara yalan danışaraq orada işlədiyini bildirmişdir. Heç bir müstəqil araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız olaraq qərar qəbul edilmişdir. Həmin restoranda iki ofisiant işləyir. Bu məsələ ilə bağlı həmin ofisiantların izahatları alınmamışdır. Sonda məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon Prokurorluğunun nümayəndəsi Şahid3 izahat verərək bildirmişdir ki, şəxslərin Göygöl rayon Prokrorluğunda izahatı Elçin Məmmədov tərəfindən alınmışdır.Onun işdən heç bir məlumatı yoxdu. O, Prokurorluğun mövqeyini müdafiə etdiyini bildirərək məhkəmədən şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında bildirmişdir ki, o, evdən çıxdığı zaman anasına işləmək üçün getdiyini bildirmişdir. O, əvvəlcə Şəmkirdə xirnik yığımında fəhlə kimi işləmişdir. Sezon bitdiyi zaman işsiz qalmışdır. O, işləmək üçün restorana getmişdir. Lakin o, restoranda işləməmişdir. Polis əməkdaşları restorana gəldikləri zaman onlara orda işlədiyini bildirmişdir. O, həmin vaxtlar anası ilə dalaşmış və anası onunla bağlı polisə şikayət vermişdir. O, polis əməkdaşlarının onu tutacaqlarından qorxduğu üçün yalan danışaraq kafedə ofisiant işlədiyini bildirmişdir. O, kafedə yazdığı izahatında orada işlədiyini bildirmiş, lakin Prokurorluqda verdiyi izahatında orada işləmədiyini bildirmişdir. Prokurorluqda verdiyi izahatını onlara güvənərək oxumadan imzalamışdır. Məhkəmə iclasında iştirak edən Şahid2 izahatında bildirmişdir ki, o, oğlu Zaminlə dalaşmış Zamin əsəbləşib evin pəncərəsini sındırmışdır. O, buna görədə oğlu ilə bağlı şikayət etmişdir. Polis əməkdaşları gəlməmişdən qabaq oğlu evdən çıxaraq ona işləmək üçün getdiyini bildirmişdir. Oğlu əvvələr işləmirdi, dostları ilə ancaq kafelərdə pivə içirdi və boş-bikar gəzirdi. Oğlu evə gəldiyi zaman polis əməkdaşları onu tutub aparmasınlar deyə onlara yalan dediyini və onlara kafedə ofisiant işlədiyini bildirdiyini demişdir. Qanunla müəyyən edilmiş qaydada X5 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə məhkəmə iclasının X5 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının çıxışını və şahidlərin ifadəsini dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş: -X4 barəsində tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat inzibati cərimə olunmuşdur. -07 fevral 2025-ci il tarixli qərardaddan görünür ki, iddiaçı X4 cavabdeh AR ƏƏSMN X5 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. - 18 fevral 2025-ci il tarixli qəradaddan görünür ki, Azərbaycan Respublikası X5 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından X8 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. -“İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X8 barəsində Azərbaycan Respublikası İXM-ın 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, inzibati xəta haqqında iş materialı icraata qəbul edilmişdir. -Xəbərnamənin surətindən görünür ki, X11 ağlu 09 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı 15 yanvar 2025-ci il tarixdə almışdır. -Gəncə Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli qərardadından görünür ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə-Daşkəsən regiona şöbəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərarından şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək, bərpa edilməsi və şikayətin baxılması üçün ona əlavə edilmiş materiallar ilə birlikdə icraata götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə şikayəti, inzibati tənbehvermə haqqında qərarı və işin faktiki hallarını araşdıraraq hesab edir ki, verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı Şahid1 ifadəsində X4 restoranında ofisiant işləmədiyini bildirmişdir. Eyni zamanda digər Şahid1 anası Şahid2 da oğlunun orda ofisiant işləmədiyini bildirmişdir. Bununla belə Prokurorluqda tərəflərin izahatını alan Elçin Abbasov məhkəmə iclasına rəsmi qaydada çağırılsada o, məhkəmə iclasına gəlməmiş, prokurorluğun nümayəndəsi Şahid3 məhkəmə iclasına gəlmiş, lakin onun hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Sadəcə Prokurorluğun mövqeyi ilə çıxış etdiyini bildirmişdir. Bundan başqa X8 onun restoranında iki nəfər ofisiant işlədiyini bildirmiş, lakin bu məsələ araşdırılarkən Göygöl rayon prokurorluğunda həmin şəxslər dəvət edilib dindirilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə- Daşkəsən regiona şöbəsində həmin şəxsləri prokrorluqda verdikləri ifadədən fərqli ifadə verdiklərini bildirsələr bu barədə həmin şəxslərin izahatı protokolda göstərilməmiş, həmin fərqli ifadələrinin səbəbi aydınlaşdırılmamış Şahid1 həqiqətən də orda işləməsini təsdiq edən hər hansı bir sübutun əldə edilməsi üçün tədbir görülməmiş və bu halları araşdırımadan əsassız olaraq X6 İXM-nin 192.1-ci maddəsi ilə inzibati cərimə tətbiq etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan normalarına və işin faktiki hallarına, həmçinin İXM-nin prinsiplərinə əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X8 tərəfindən verilmiş şikayət qismən təmin olunmalı, X5 Xidmətinin Gəncə-Daşkəsən Rayon Şöbəsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qərar ləğv edilməli və yenidən araşdırılması üçün DƏMX-ın Gəncə-Daşkəsən regional ərazi şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X8 barəsində X5 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş 09 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası ƏƏSMN X5 Xidmətinin Gəncə-Daşkəsən regional ərazi şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-877/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-877/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver