Məhkəmə qərarları › İş №3(125)-879/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-879/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-879/2023 12.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə tərtib edilmiş iş materialları baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5255/2017 saylı xx.xx.2017-ci il tarixli, 2(043)-1506/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 16720 manat aliment borcu alınaraq tələbkar X4 verilməli olduğu göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 bildirdi ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icra sənədlərinə əsasən qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmiş icra hərəkətləri nəticəsində borclu aliment borcunu ödəmədiyi üçün onun barəsində 28 aprel 2023-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, barəsində olan icra sənədlərindən məlumatlıdır, amma hazırda uşaqların hər ikisi xeyli müddətdir onun yanındadır. Onda olan məlumata görə uşaqların anası X5 xeyli müddətdir ki, uşaqlara baxmaqdan imtina edərək ölkə ərazisini tərk edib Türkiyə Respublikasına getdiyindən onu hazırda tapmaq mümkün olmamışdır ki, ona aliment borcunun olub-olmaması məsələsinə aydınlıq gətirilsin. O cümlədən hazırda Gəncə Şəhər Məhkəməsində uşaqların onun himayəsinə verilməsi və aliment borcunun silinməsi barədə iddia tələbi əsasında xx.xx.2023-cü il tarixdə çıxarılmış qətnaməyə əsasən xx.xx.2021-ci il tarixdən sonra hesablanmış aliment borcu silinmişdir. Ona görə də aliment borcunun hesablanmasında anlaşılmazlıq olduğunun nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin e-2(125)-334/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamədən çıxarışdan görünür ki, iddianın təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 iddiaçı Şəxs himayəsinə verilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)- 5255/2017 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs aliment tutulmasına xx.xx.2021-ci il tarixdən xitam verilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5255/2017 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X13 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2021-ci il tarixdən sonra hesablanmış aliment borcunun silinməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə edilmiş elektron sorğudan görünür ki, hazırki iş üzrə zərərçəkmiş şəxs (tələbkar) X5 xx.xx.2021-ci il tarixdə X10 X1, İstanbul şəhəri istiqamətində Azərbaycan Respublikasından çıxış etmiş və giriş olmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin iş materiallarından göründüyü kimi qeyd edilən protokol tərtib edilərkən zərərçəkmiş şəxsdən (tələbkardan) aliment borcunun ödənilib-ödənilməməsi barədə məlumatlar əldə edilmədən, həmçinin aliment borcunun məbləği dəqiqləşdirilmədən, o cümlədən əgər aliment borcu mövcuddursa həmin aliment borcu ödəniləcəyi təqdirdə hansı hesaba ödənilməsi, yəni işin hazırkı vəziyyətdə faktiki halları araşdırılmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini və yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar