Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-879/2025 10.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, X8 haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində Azərbaycan Respublikası DİN Göygöl Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X8 haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Göygöl Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X8 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş TP ******* saylı 04 mart 2025-ci il tarixli X8 haqqında qərarına əsasən, guya o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-ci və 327.1-ci maddələrinin tələblərini pozmuşdur. Buna görə də 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, guya ki, o, xx.xx.2025-ci il tarixdə saat 11.00-da Göygöl rayonu, Quşqara kəndi ərazisində TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi, yol nişanlarının tələblərinə riayət edilməməsi qaydasını pozmuşdur. Lakin o, heç bir qanun pozuntusu etməmişdir. Belə ki, 2022-ci il tarixdə məhkəmə tərəfindən sürücülük hüququ məhdudlaşdırılmış, 2023-cü il tarixdə təyin edilmiş cəza bitmiş və ona məxsus olan sürücülük vəsiqəsini Rayonlarası Qeydiyyat və İmtahan Şöbəsindən götürmüşdür. Onun əməlində heç bir hüquqazidd hərəkət və ya hərəkətsizlik olmadığından o, inzibati məsuliyyətə cəlb edilməməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 04 mart 2025-ci il tarixli arayışından da görünür ki, xx.xx.2023-cü il tarixdə onun nəqliyyat vasitələrini idarə etmək hüququmun məhdudlaşdırılması müddəti bitmişdir və bu barədə komputer uçot bazasında müvafiq qeydiyyat aparılaraq vətəndaşa məxsus AF 138 760 saylı –BC-kateqoriyalı sürücülük vəsiqəsi özünə qaytarılmışdır. Buna baxmayarasq, Respublika ərazisində xidmət aparan YPX inspektorları sənədləri bort komputer vasitəsilə yoxlayarkən, vətəndaşın sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat MİS-də görünməkdədir.O bu qərarla razılaşmır. Onun barəsində “X8 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Məhkəmə iclasında şikayət vermiş X5 izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, o, heç bir qanun pozuntusu etməmişdir. Belə ki, onun 2022-ci il tarixdə məhkəmə tərəfindən sürücülük hüququ məhdudlaşdırılmış, 2023-cü il tarixdə təyin edilmiş cəza bitmiş və özünə məxsus olan sürücülük vəsiqəsini Rayonlarası Qeydiyyat və İmtahan Şöbəsindən götürmüşdür. Ona görə də xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X8 haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etdiyinə və yol nişanlarının tələblərinə riayət edilməməsinə görə, onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi Gəncə RQİTBŞ-in rəisi, polis polkovnik-leytenantı Eldar Əliyev tərəfindən DİN BDYPİ-in rəisi müavini, Qeydiyyat-imtahan İdarəsinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyevə ünvanlanmış məktubdan görünür ki, X3 nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir və bu barədə komputer uçot bazasında müvafiq qeydiyyat aparılaraq vətəndaşa məxsus AE 138 760 saylı –BCkateqoriyalı sürücülük vəsiqəsi özünə qaytarılmışdır. Buna baxmayaraq, Respublika ərazisində xidmət aparan YPX inspektorları sənədləri bort komputer vasitəsilə yoxlayarkən, vətəndaşın sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat MİSdə görünməkdədir. Odur ki, X1 hüququnun məhdudlaşdırılmasının başa çatması barədə məlumatı MİS-nə vurulması üçün aidiyyəti üzrə əməkdaşlara göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində qeyd olunur ki, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində qeyd olunur ki, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən X8 haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunur ki, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Onun təqsirli olması “X8 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən X8 haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2025-ci il tarixində saat 11:00-da Göygöl rayonu, Quşqara kəndində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə edildiyinə və yol nişanlarının tələblərinə riayət etməməsinə görə, İXM-nin 332.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilmişdir. Şikayət ərizəsində X5 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirirək qeyd etmişdir ki, onun 2022-ci il tarixdə məhkəmə tərəfindən sürücülük hüququ məhdudlaşdırılmış, 2023-cü il tarixdə təyin edilmiş cəza bitmiş və özünə məxsus olan sürücülük vəsiqəsini Rayonlarası Qeydiyyat və İmtahan Şöbəsindən götürmüşdür. Hesab edir ki, xx.xx.2025-ci il tarixdə onun yenidən sürücülük hüququ olmadan maşını idarə etmə əsası ilə cərimə edilməsi qanunsuzdur və həmin inzibati xəta haqqında protokol və qərar ləğv edilməlidir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərarla verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi Gəncə RQİTBŞ-in rəisi, polis polkovnik-leytenantı Eldar Əliyev tərəfindən DİN BDYPİ-in rəisi müavini, Qeydiyyat-imtahan İdarəsinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyevə ünvanlanmış məktubdan görünür ki, X3 nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir və bu barədə komputer uçot bazasında müvafiq qeydiyyat aparılaraq vətəndaşa məxsus AE 138 760 saylı –BCkateqoriyalı sürücülük vəsiqəsi özünə qaytarılmışdır. Buna baxmayaraq, Respublika ərazisində xidmət aparan YPX inspektorları sənədləri bort komputer vasitəsilə yoxlayarkən, vətəndaşın sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat MİSdə görünməkdədir. Odur ki, X1 hüququnun məhdudlaşdırılmasının başa çatması barədə məlumatı MİS-nə vurulması üçün aidiyyəti üzrə əməkdaşlara göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə, qərardan şikayət vermiş X2 isnad etdiyi hallara münasibət bildirməyi zəruri hesab edir. Belə ki, X3 nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir və bu barədə komputer uçot bazasında müvafiq qeydiyyat aparılaraq vətəndaşa məxsus AE 138 760 saylı –BC-kateqoriyalı sürücülük vəsiqəsi özünə qaytarıldığından və xətanı törətdiyi gün sürücülük vəsiqəsi üzərində olduğundan məhkəməyə belə qənaətə gəlməyə imkan verir ki, X2 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurur. Belə olan halda X5 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə deyil, törətdiyi konkret qayda pozuntusuna görə məsuliyyətə cəlb olunmalı idi. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X8 haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası DİN Göygöl Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində Göygöl rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X8 haqqında qərar ləğv edilsin. X2 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası DİN Göygöl Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-879/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-879/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver