Məhkəmə qərarları › İş №3(125)-880/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-880/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-880/2022 23.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X2, Quliyeva Günay Ələstun qızının katibliyi hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12.liyi Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X3 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində DƏMX-nin Gəncə-Daşkəsən RŞ tərəfindən onun, yəni X5 barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN 147614 nömrəli protokol və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslndırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 tərəfindən onun, X5 barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol və onun əsasında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar tərtib edilərək şəxs barəsində 3500 manat miqdarında inzibati cərimə tətbiq edilmişdir. Belə ki, səlahiyyətli orqan qərarı onunla əsaslandırmışdır ki, onun ilə X6 arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2 və 7.2-3.4-cü maddələrinin tələblərini pozaraq müqavilə baölamışlar. Hesab edir ki, tərtib edilmiş İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol və onun əsasında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Medafiəsi Nazirliyi yanında X12.liyi Xidməti Gəncə Regional ərazi şöbəsinin tərtib etdiyi qərar ətraflı araşdırma aparılmadan və müfəssəl təsvir göstərilmədən, sübutlar qeyd edilməyərək mülahizələr əsasında, sadəcə qərəzli yanaşma və hüquqi uyğunsuzluqlar nəticəsində tərtib edilmiş və onun barəsində qnunazid olaraq 3500 manat miqdarında inzibati cərimə tətbiq edilmişdir. 23.06.222-ci il tarixli 001 saylı Xidmət müqaviləsindən aydən olur ki, onun yəni X5 ilə X6 arasında vergi və digər sosial öhdəlik məbləğləri çıxılmaq şərti ilə, 65 manat muzd qarşılığında birdəfəlik olaraq xidmət göstərilməsi üçün müqavilə bağlanmışdır. Müqavilədə açıq olaraq qeyd edilmişdir ki, bu müqavilə əsasında sifarişçi icraçıya birdəfəlik olmaq şərti ilə yalnız bir işi görməyi tapşırır və qarşılığında icraçı müqavilə üzrə bir işi yerinə yetirməyi öhdəsinə götürür. Qeyd edilənlərdən aydın olur ki, X5 ilə X6 arasında olan razılaşmada daimi iş fəaliyyətindən, daimi iş yerindən və aylıq qonorardan söhbət belə getmir. Hər iki şəxs arasında birdəfəlik olmaqla xidmət müqaviləsi bağlanmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə bu qanuna uyğun bir müqavilə formasıdır. Şəxslər arasında bağlanmış müqavilə əmək müqaviləsi hesab edilə bilməz və aralarında əmək müqaviləsinin bağlanmasına və bu barədə bildirişin səlahiyyətli orqana təqdim edilməsinə zərurət yoxdur. Həmçinin 2022-ci ilin 3-cü rübü üzrə verdiyi vergi bəyannaməsində bağlanmış bu xidmət müqaviləsini bildirmiş və buna müvafiq olaraq ödənişləri etmişdir. Məhkəmə icalsında Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Gəncə regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, X5 şöbəyə dəvət olunmuş, orada izahatında bildirmişdir ki, onun xidməti müqaviləsi vardır. Şöbəyə şikayət ərizəsi Göygöl rayonundan daxil olmuş və araşdırma zamanı hazıkı xəta aşkarlanmışdır. Şikayətin aidiyyəti üzrə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət baxılması üçün aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 110.1-cimaddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. - 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokola baxılaraq müəyyən edilmişdir ki, o, Azərbaycan Respublikası ƏM 7.2 və 7.2-3.4 maddələrinin tələblərini pozaraq əmək müqaviləsi bağlamadan xidməti müqavilə əsasında X4 işə cəlb etmiş, buna görə də 3500 manat cərimə edilmişdir. Vergi ödəyicisi olan fiziki şəxs X3 fəaliyyət ünvanı ünvan 1 ünvanda imzalanmalı idi. Həmin ünvan isə Bərdə rayonunun inzibati ərazisidir. İnzibati protokolda nəzərdə tutulan inzibati xəta hərəkətsizliklə törədildiyindən X3 müqaviləni imzalamalı olduğu yer inzibati xətanın törədildiyi yer hesab olunur. Çünki “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, hazırkı şikayət baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. - 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar