Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-880/2025 04.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: X2 Əmək Müfəttişliyi Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Gəncə Şəhər Məhkəməsinə ərizə ilə şikayət etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Çünki iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, şikayət vermiş şəxs tərəfindən ərizə imzalanmadan məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxs şikayəti imzalamadığı halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Lakin bildirilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Beləliklə hesab edirəm ki, X2 Əmək Müfəttişliyi Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət imzalanmadığından geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 118 -ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılsın. Şikayət vermiş şəxsə göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-880/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-880/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver