Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-881/2024 05.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, X1 onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: X2 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə çıxarılmış TP ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, MERCEDES BENZ 1938 yük markalı 20DZ933 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində guya dövlət qeydiyyat nişanlarından biri olmamış və avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Halbuki, həmin vaxt dövlət qeydiyyat nişanlarınının hər ikisi avtomobilin üzrərində olmuş və avtomobili idarə edərkən sərxoş olmamışdır . Odur ki, bunları nəzərə alaraq, barəsində yazılmış qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, X2 onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edildiyi inzibati xəta haqqında iş üzrə qərardan şikayət versə də, inzibati xəta haqqında qərarı iş materiallarına əlavə etməmişdir. Belə ki, X2 məhkəməyə təqdim etdiyi şikayət ərizəsinə onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əlavə etməmişdir. Bununla da X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın nömrəsini, həmin qərarın nə vaxt və hansı səlahiyyətli şəxs tərəfindən tərəfindən qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün mübahisələndirilən qərar rəsmi şəkildə əldə edilməli (şikayətin vaxtında verilib-verilmədiyini müəyyən etmək üçün) və həmin qərar şikayətə mütləq şəkildə əlavə olunmaqla məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X1 TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-881/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-881/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver