Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-882/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, tələbkar X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə verilmişdir ona görə ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-181/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2011-ci il tarixdə anadan olmuş X5, xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləği aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Lakin Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməmiş bununla da, icra sənədinin icrasından yayınmışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə icra İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X9 verdiyi izahatında göstərmişdir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-181/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2011-ci il tarixdə anadan olmuş X5, xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləği alimentin tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra idarəyə çağırılmış və aliment borcunu ödəməsi tələb edilmişdir. Lakin borclu icraat dövründə borcunu tam şəkildə ödəməmiş və borclunun 11366 manat qalıq aliment borcu yaranmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmir. Bu səbəbdən borcunu ödəməyə imkanı çatmır. Borcunu ödəməkdən qərəzli olaraq yayınmamış, sadəcə olaraq imkanı olmadığından borcundan ödəniş edə bilməmişdir. Borcunun ödənilməsi üçün vaxt verilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X10 verdiyi izahatında göstərmişdir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-181/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2011-ci il tarixdə anadan olmuş X5, xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləği alimentin tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda Şəxs ona 11366 manat borcu vardır. Şəxs aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır. Şəxs şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tələbkarın və icra məmurunun izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarından görünür ki, borclunun aliment borcu yığılmışdır. Tələbkar isə aliment borcunu tələb edərək şikayətçidir. Məhkəmə Şəxs aliment borcunu ödəməməsini, heç bir yerdə işləmədiyi üçün maddi imkanının olmaması kimi ifadələrini borcu ödəməkdən qəsdən yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kimi qiymətləndirir. xx.xx.2015-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qəsdən icra etməkdən boyun qaçırmasını nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362–365, 425, 430–432–ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(125)-882/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-882/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver