Məhkəmə qərarları › İş №3(125)-883/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-883/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-883/2023 01.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Gəncə şəhər DYPŞ-nin inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli, xx.xx.2023ci il tarixli qərarının ləğv olunması barədə X1 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: X1 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş İXP ******* nömrəli, xx.xx.2023-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, X1 məhkəməyə təqdim etdiyi şikayət ərizəsinə onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əlavə etməmişdir. Bununla da X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın nömrəsini, həmin qərarın nə vaxt və hansı səlahiyyətli şəxs tərəfindən tərəfindən qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün mübahisələndirilən qərar rəsmi şəkildə əldə edilməli (şikayətin vaxtında verilibverilmədiyini müəyyən etmək üçün) və həmin qərar şikayətə mütləq şəkildə əlavə olunmaqla məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Gəncə şəhər DYPŞ-nin İXP ******* nömrəli, xx.xx.2023-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar