Məhkəmə qərarları › İş №3(125)-883/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-883/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-883/2024 20.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7, DƏDKR-nin hüquq şöbəsinin müdiri X2, zərərçəkmiş şəxs X3 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1566/2021 saylı, xx.xx.2021-ci il tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsi öhdəliyi borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi yenidən xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icranın təmin edilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2023cü il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmiş, həmçinin borcluya tələbin qanunla müəyyən edilmiş könüllü icra müddəti ərzində icra edilməsinə dair bildiriş göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1566/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsinə göndərilmişdir. Borclu DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda həmin torpaq sahəsinə dair plan və ölçü sənədinin mövcud olmadığını, həmçinin torpaq sahəsinin naturada yerləşmə mövqeyi və konfiqurasiyasının müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə borclu DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsinə xəbərdarlıq məktubları göndərilmişdir. Borclu DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubunda icra sənədinin icra olunması və torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsi ilə bağlı ünvanda baxış keçirilən zaman tələbkarın həmin sərhədlər və yerləşmə yeri ilə razılaşmadığını bildirmişdir. X1 xx.xx.2024-cü il tarixli ərizə ilə Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək DƏDKR PHŞ-nin üzərinə qoyulan öhdəliyi yerinə yetirmədiyini bildirmiş və icranın təmin edilməsi üçün məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Belə ki, borclu DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsinin rəisi Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsinin rəisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 DƏDKR PHŞnin 3 saylı Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1566/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etdiyini bildirirək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 çıxışında onun torpaq sahəsinin başqa şəxsə satıldığını diqqətə çatdıraraq 0,0172 ha torpaq sahəsini tələb etdiyini bildirmişdir. Sonda o, DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1566/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra edildiyini bildirirək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında DƏDKR-nin hüquq şöbəsinin müdiri Elməddin Qarayev çıxışında həmin ərazidə tikililərin qanunsuz tikililər olduğunu, 90-cı illərdə digər şəxslər tərəfindən inşa edildiyini bildirmişdir. X3 isə evin tikildiyi torpaq sahəsini tələb etdiyini nəzərə çatdırmışdır. Sonda qətnamənini icra edildiyini və aktın tərtib olunduğunu bildirərək icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1566/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, həmin bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən Gəncə şəhər üzrə İcra İdarəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, borclu icra sənədinin icra olunması və torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsi ilə bağlı ünvanda baxış keçirilən zaman tələbkarın həmin sərhədlər və yerləşmə yeri ilə razılaşmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, borclunun inzibati məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1566/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra etmədiyini bildirirək onun barəsində məcburi tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, DƏDRX-nin hüquq şöbəsinin müdiri X4 bu aktı tərtib edərək Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1566/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində qeyd edilən 0,0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilərək DƏDRX və PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisi Zaur Vəliyev və hüquq şöbəsinin müdiri Elməddin Rzayev tərəfindən X1na göstərilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki,bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan tərəflərin izahatından və işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən tərəfindən Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1566/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi tam şəkildə icra edilmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Şəxs inzibati məsuliyyətdən azad edilməklə onun barəsində xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icraat aparılan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Şəxs inzibati məsuliyyətdən azad edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar