Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-884/2023 01.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs 23 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 Məhəmmədəli qızına məxsus yaşadığı küçədən dəyəri 90 manat olan dəmir listi oğurlamasına dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə ******* saylı və 22 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 90 manat dəyərində su nasosunu oğurlamasına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 izahatında göstərmişdir ki, Şəxs 23 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 Məhəmmədəli qızına məxsus yaşadığı küçədən dəyəri 90 manat olan dəmir listi, 22 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 90 manat dəyərində su nasosunu oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, həqiqətən o, 23 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 Məhəmmədəli qızına məxsus yaşadığı küçədən dəyəri 90 manat olan dəmir listi, 22 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 90 manat dəyərində su nasosunu oğurlamışdır. Əməlindən peşmandır. Pulu qaytarmağa imkanı yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Məhəmmədəli qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan protokollardan, inzibati xəta törətmiş şəxsin ifadəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətadan səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 112, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsə alınmasının əvvəli xx.xx.2023-cü il tarixdən, saat 14:15-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(125)-884/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-884/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver