Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-892/2023 01.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhsəti qəsəbəsində X1 nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi X7 izahatında göstərdi ki, Əvvəllər də ailələr arasında münaqişə də olmuşdur. Zərərçəkmiş şəxs inzibati icraat aparılan şəxsin keçmiş yoldaşının bacısıdır. Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhsəti qəsəbəsində X1 nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o yoldaşı ilə söhbət etmək üçün öncə X2 halda onu təhqir etmişdir. Şəxs ondan spirtli içkili qəbul etdiyini soruşmuş o isə cavabında yenə onu təhqir etmiş, spirtli içki və narkotik qəbul etdiyini bildirmişdir. Belə olan halda Şəxs ona qarşı nalayiq sözlər işlətmişdir.Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş X6 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhsəti qəsəbəsindəki ünvana gələrək onun anasını, bacısını narahat etmiş və onu küçədə nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bu hala qonşularıda şahid olmuşdur. Şəxs onların evlərinə gəlib onları narahat etməsi birinci hal deyil, əvvəllər də belə hallar baş vermişdir. Lakin şəxsin həbs edilməsini istəmir. Qanuan müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhsəti qəsəbəsindəki ünvana gələrək onun anasını, bacısını narahat etmiş və bacısını küçədə nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bu hala qonşularıda şahid olmuşdur. Şəxs onların evlərinə gəlib onları narahat etməsi birinci hal deyil, əvvəllər də belə hallar baş vermişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin növbətçisi tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə X6 102 xidmətinə zəng edərək bacısının keçmiş əri Şəxs onun evini daşlamasını bildirib, evinə təcili pos göndərilməsini istəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, şahidin ifadəsi və inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-892/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-892/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver