Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-893/2023 23.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Gəncə şəhəri DYPŞ–nin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şəhəri DYPŞ–nin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati xətaya xitam verilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 barəsində inzibati xəta törətməsi ilə bağlı Gəncə şəhəri DYPŞ–nin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı qəbul edilsə də, həmin qərarı əsassız və ədalətsiz hesab edir. Belə ki, yuxarıda göstərilmiş qərar onun barəsində ina görə tərtib edilmişdir ki, o avtomibilin ön hissəsinə yeni yaylar quraşdırılmış, həmin yaylar avtomobilin oxlar üzrə kütləsinin paylanmasını pozmuşdur. Əslində isə həmin yaylar sənaye üsulu ilə istehsal edilmiş, avtomobilə heç bir konstruktiv dəyişiklik etmir. Məhkəmə iclasında X3 şikayətdə qeyd etdiyi halları bir daha göstərərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsindən alınmış Gəncə “Avtomotoservis və ticarət” müəssisəsində mühəndis-məsləhətçi işləyən Quliyev E.Q tərəfindən verilmiş tövsiyyə xarakterli xx.xx.2023-cü il tarixli 31/04 nömrəli rəydən görünür ki, avtomobilə baxış keçirilmiş avtomobilin zavod konstruksiya layihələndirmə quruluşuna müdaxilə olunmuşdur. Müdaxilənin səbəbi kimi yeni quraşdırılmış ön yaylar göstərilmişdir. Şikayət vermiş şəxs həmin yayların sənaye üsulu ilə istehsalını təsdiq edən texniki pasport təqdim edəcəyini bildirmi, bu məqsədlə iclas təxirə salınmışdır. Lakin, növbəti iclasda həmin sənədləri təqdim edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X2 təqsiri təsdiq olunur. Beləliklə, X2 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X2 barəsində Gəncə şəhər BPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Gəncə şəhəri DYPŞ–nin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-893/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-893/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver