Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-9/2023 06.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən barəsində əsassız olaraq İXP ******* nömrəli inzibati protokol tərtib edilməklə 18 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh tətbiq etmək barədə qərar qəbul edilmişdir. Belə ki, 26 avqust saat 16:30 radələrində Gəncə şəhər X13 Şöbəsinin yol polisi inspektoru X2 şəhəri, 6 saylı orta məktəbin arxasında yerləşən idman məşq zalında məşqdə olarkən onu məşq zalından çölə çağıraraq ona bildirdi ki, sənin avtomobilinin saxlanması barədə, cərimə meydançasına salınması barədə əmr verilmişdir. O, nə səbəbə avtomobilinin istismarının qadağan edilməsini bildirdikdə o, avtomobilində konstruksiya dəyişikliyi barədə protokol tərtib etmişdir. Ona bildirdi ki, heç bir qanunsuz heç nə yoxdur, ancaq rəis dediyinə görə cərimə meydançasına aparmalıdır. Bununla bağlı heç bir akt və yaxud mütəxəssis rəyi alınmadan və avtomobilinə baxış keçirilmədən protokol tərtib edilmişdir. Hansı ki, barəsində tərtib edilmiş inzibati protokolla bağlı maddi hüquq normasının, yəni 342.2.3-cü maddənin tələbləri düzgün tətbiq edilməmişdir. Şikayətə əlavə etdiyi avtomobilin qeydiyyat vəsiqəsindən də görünür ki, avtomobilin buraxılış ili 2020-ci il olmaqla, maşının yük kütləsi 1690 kub santimetr təşkil edir. Ərizəyə əlavə etdiyi avtomobilə dair internetdən götürülmüş göstəricilərindən də görünür ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddənin tələbləri düzgün tətbiq edilməmişdir. Buna görə də sözügedən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. 10 noyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X6 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 10 noyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Gəncə şəhər BPİ-nin X13 Şöbəsinin polis mayoru X4 şikayətin əsassız olduğunu, qərarın qanun çərçivəsində düzgün tərtib edildiyini buna görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti, qərardan şikayət verən şəxsin və qərarından şikayət verilən şəxsin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə saat 17:40-da LADA 21214-007- 52 minik markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə “Avtomotoservis və ticarət” müəssisəsindən verilmiş xx.xx.2022-ci il tarixli rəyin surətindən görünür ki, LADA 21214-007-52 minik markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa yayları sökülərək baxış keçirildi və məlum oldu ki, arxa yayların halqa sayları zavod istehsalında nəzərdə tutulduğu qədər olsa da halqalar arası məsafələr çox işləndiyindən öz elastikliyini itirmiş, keyfiyyətini itirmiş və gələcək istifadəsi məqsədə müvafiq sayılmır. Standartlar, normativlər pozulduğundan dəyişdirilmə zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər BPİnin X13 Şöbəsinin üzərinə qoyulsa da, həmin orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən möhtəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə sadəcə qərarından şikayət verilmiş şəxs polis mayoru X4 tərəfindən rəy təqdim edilmişdir. Bundan əlavə hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadla X3 idarə etdiyi LADA 21214-007-52 minik markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsindən açılmış iki ədəd yay sənaye üsulu ilə hazırlanmasını və həmin nəqliyyat vasitəsinin arxa hissəsindən açılmış iki ədəd yay əgər sənaye üsulu ilə hazırlanmamışdırsa istehsalçının həmin markalı avtomobillər üçün nəzərdə tutulmuş zavod standartlarına uyğun olubolmamasını müəyyən etmək üçün məhkəmə avtotexniki ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli məktubuna əsasən qərardad rəy verilməsi mümkün olmaması səbəbindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 təqsirliliyini sübuta yetirən hər hansı bir möhtəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin X13 Şöbəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-9/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-9/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver