Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-907/2022 02.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Şəxs MMC-nin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsindən Şəxs MMC-nin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs MMC-nin vəzifəli şəxsi barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022ci il tarixli protokolda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin mebel istehsalı sexində xx.xx.2022-ci il tarixdə keçirilən YTM zamanı obyekt sahibi tərəfindən planlı YTM-nin keçirilməsinə heç bir şərait yaradılmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, İXM-nin 602.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan əməllərin (sənədlərin təqdim edilməməsi, suallara izahatlar verilməməsi, yanlış məlumatın verilməsi və ya baxış keçirilməsinə mane olma) hər biri müstəqil əməl olmaqla, həmin əməllərdən birinin və ya bir neçəsinin törədilməsi inzibati məsuliyyətə səbəb olur. Qeyd olunan inzibati xəta haqqında protokolda isə həmin əməllərdən hər hansı biri deyil, obyektin sahibinin yoxlama aparılmasına şərait yaratmaması qeyd edilmişdir. Halbuki, yoxlamanın keçirilməsinə şərait yaratmama hərəkətsizliklə törədilir, baxış keçirməyə mane olma isə hərəkətlə törədilir. Yoxlamanın keçirilməsinə şəraitin yaradılmaması İXM-in 602.4cü maddəsinin dispozisiyasında nəzərdə tutulmamışdır. Bundan başqa, protokola əlavə olunmuş xx.xx.2022-ci il tarixli 4403 nömrəli yanğıntexniki müayinə aktından görünür ki, "Ulusoy Group” MMC-nin mebel istehsalı sexində xx.xx.2022-ci il tarixdə keçirilən YTM zamanı obyektin direktoru tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmaması ilə yanaşı, həmin şəxs tərəfindən obyektə aid sənədlərin təqdim edilmədiyi də qeyd edilmişdir. Lakin, həmin halın İXM-nin 602.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmasına baxmayaraq, məhkəməyə təqdim edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolda obyektə aid sənədlərin təqdim edilməməsi qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC-nin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsindən daxil olmuş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-907/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-907/2022
02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver