Məhkəmə qərarları › İş №3(125)-907/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-907/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-907/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Samux rayonu, Çobandallı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev, mənzil 36da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 11.06. 2019-cu il tarixli, 2(043)-1747/2019 nömrəli icra sənədi əsasında 2.742.78 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədinin icrasının təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş təqdim edilmiş, borclunun inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Borclu Şəxs izahatı alınmışdır. O, izahatında borcunu ödəməyə imkanının olmadığını bildirmişdir. Hal-hazırda ödənilməyən borc 2442 manat təşkil edir. Bununla da borclu Məmmədov X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəxs izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Hal-hazırda borclu borcdan 1850 manat daha ödəmiş ödənilməyən borc 592 manat təşkil edir. Buna baxmayaraq proktolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcunu ödəməkdən qəsdən yayınmır. Ümumi 2.742.78 manat borcdan cəmi ödənilməyən 592 manat qalmışdır. Həmin pulu da qısa müddət ərzində ödəyəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, məhkəmə iclası dövründə inzibati icraat aparılan şəxs tərəfindən 1850 manat pul ödənilmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək bildirir ki, barəsində inzibati icraat aparılan şəxslə qalan borcun hissəhissə ödənilməsi barədə razılığa gəlmişlər. Qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 11.06. 2019-cu il tarixli, 2(043)-1747/2019 nömrəli icra sənədindən görünür ki, 2.742.78 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan ərizələrdən görünür ki, tərəflər arasında hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə icra sənnədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən xx.xx.2022-ci ildə imza atılmaqla götürülmüşdür. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 11.06. 2019-cu il tarixli, 2(043)-1747/2019 nömrəli icra sənədi üzrə icraat xx.xx.2019-cu il tarixdə başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borcluya xx.xx.2022-ci ildə tarixdə rəsmi qaydada təqdim edilmişdir. Həmin müddət ərzində inzibati icraat aparılan şəxs tərəfindən ümumi 2.742.78 manat borcdan cəmi ödənilməyən 592 manat qalmışdır. Bu hal özülyündə Şəxs məhkəmə qərarının icrasını üzürsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin icra məmuru borclunun tələbin yönəldilə biləcəyi başqa daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, zərərçəkmiş şəxslə Şəxs arasında razılıq əldə edilmişdir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar