Məhkəmə qərarları › İş №3(125)-909/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-909/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-909/2023 31.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, Ozan küçəsində yerləşən “Karvan ailəvi kafe” adlı obyektin sahibkarı Şəxs 28 aprel 2023-cü il tarixdə saat 10:00 radələrində müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirməsi nəticəsində onun barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, “Karvan ailəvi kafe” adlı obyektinin üzərində Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlamışdır. Bu əmələ görə ADRA X3 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXMin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Şəxs tərəfindən 3 aylıq yayım haqqının ödənildiyini bildirmiş, qərar qəbul edilməsini məhkmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs reklam yayımı üçün ödəniş barədə qəbzləri məhkəməyə təqdim edərək 2023-cü ilin yanvar-mart aylarına görə yayım haqqını ödədiyini, obyekt işləmədiyi üçün ödəniş edə bilmədiyini, aprel ayından obyekti təhvil verdiyini bildirmiş və inzibati məsuliyyətdən azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan MN ******* nömrəli, xx.xx.2023-cü nömrəli protokoldan görünür ki, Şəxs Gəncə şəhəri, Cavadxan küçəsində xx.xx.2023-cü il tarixdə saat 10:00 açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsinə görə barəsində Azərbaycan Respublikasının İXMin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan “ASAN ödəniş” sistemi qəbzindən görünür ki, Şəxs Dövlət Reklam Agentliyinə xx.xx.2023-cü il tarixdə yayım haqqı olaraq 56.41 manat manat ödəmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXMnin 428.7.3-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki işin faktiki hallarından və tərəflərin izahatlarından görünür ki, Şəxs tərəfindən açıq məkanda reklam haqqında qanunvericilik pozulmamış, yəni ADRA Gəncə Regional İdarəsinin verdiyi yazılı göstərişin tam və vaxtında yerinə yetirməməsi hala baş verməmiş, sadəcə olaraq ödəməli olduğu yayım haqqını və dövlət rüsumunu obyekti fəaliyyət göstərmədiyi üçün ödəniş edə bilməmişdir. Hazırda isə o, xx.xx.2023-xx.xx.2023-cü il dövr üçün yayım haqqı olaraq 56.41 manat pul ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Çünki Azərbaycan Respublikasının İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2023-cü tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar