Məhkəmə qərarları › İş №3(125)-91/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-91/2022

09.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-91/2022 09.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin sahə rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə 2-ci PŞ-nin inzibati binasında yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı və idarənin iş rejimini pozmuşdur. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Şəxs qeyri-rəsmi münasibətdə olduğu İrma Pavlovanın şikayəti əsasında polis şöbəsinə izahatı alınması üçün dəvət olunmuş, orada o, polis əməkdaşlarının proflaktiki söhbətlərinə məhəl qoymayaraq uca səslə nalayiq ifadələr işlədərək səs-küy salmış, bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, İrma Pavlova ilə qeyri-rəsmi olaraq 2015-ci ildən münasibəti vardır. Son zamanlar onun İrma ilə tez-tez mübahisləri olmuş, bununla bağlı İrma polisə ondan uzaq durmağı ilə bağlı şikayət etmiş, polis idarəsində o, ayrılmağa əsəbləşdiyi üçün İrmaya qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Sonda o, məcburi köçkün olduğunu, himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, o, Şəxs 12 ildir ki, tanıyır. Onların arasında 2015-ci ildən qeyri-rəsmi ər-arvad münasibəti vardır. O, Bəhruzu tanıyanda onun evli olduğunu bilməmiş, 2018-ci ildə evli olduğunu bilmiş, həmin vaxt Bəhruz ona arvadından boşanacağını demiş, lakin sonradan onların üçüncü uşaqlarının da olduğunu da eşitmişdir. Polis şöbəsində Bəhruz əsəbləşərək onu üstünə uca səslə qışqıraraq onu təhqir etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci polis şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı Şahid2 izahat verərək bildirdi ki, İrma Pavlovnanın şikayət ərizəsi əsasında Şəxs polis şöbəsinə profilaktik söhbət aparılması üçün çağırılmış, orada sonuncu uca səslə İrma xanıma qışqıraraq söyüb səs-küy salmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 20:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Çünki xx.xx.2004-cü il tarixli, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Şəxs polis idarəsində uca səslə qışqıraraq nalayiq söyüşlər söyməklə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış qaydasını, yəni ictimai qaydanı pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində 1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağı olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar