Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-910/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1974-cü il tarixdə Samux Rayonu Alabaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Samux rayonu, Alabaşlı kəndində yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlu xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhsəti qəsəbəsində X2 döyərək ona xəsarət yetirmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi X3 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirdi ki, onun X4 ilə rəsmi nikahı yoxdur. Əvvəllər biryerdə qeyrirəsmi yaşamışlar. Onların 2 yeniyetmə oğlu var. Onların arasında tez-tez məişət münaqişələri olur. O, arada bir Sahibənin yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 29-cu küçədə yerləşən evinə gedib uşaqlarına bacardığı qədər bazarlıq edib onlara baş çəkir. O, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsi 21-ci küçədə yerləşən “Gədəbəy “ kafesində bir qədər yemək yeyib təxminən 200 ml araq içmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə saat 00:30-da Sahibənin yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 29-cu küçədə yerləşən evinə getmişdir. Həmin vaxt Sahibə nə üçün gecə vaxtı sərxoş vəziyyətdə onun yaşadığı evə gəlib onu narahat etdiyini deyərək evindən çıxıb getməyini demişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşərək əvvəlcə Sahibənin boğazından əlləri ilə tutub sıxmış, sonra isə onun başına və bədəninə zərbələr vuraraq onu döymüşdür. Sahibə qışqıran zaman o, ondan aralaşıb küçəyə çıxmışdır. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, o, 2001-ci il tarixdə Şəxs ilə qeyri-rəsmi ailə həyatı qurub. Onların 2 yeniyetmə oğlu var. Elbrus onunla kobud rəftar etdiyi üçün və ona dəfələrlə xəyanət etdiyi üçün onlar yola gedə bilmədiklərinə görə 2014cü il tarixdə ayrılmışlar. Elbrus, xx.xx.2022-ci il tarixdə saat 00:30-da sərxoş vəziyyətdə onun yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 29-cu küçədə yerləşən evinə gələrək onunla söhbət etmək istədiyini demişdir. O, həmin vaxt Elbrusa nə üçün gecə vaxtı sərxoş vəziyyətdə onun yaşadığı evə gəlib onu narahat etdiyini deyərək evindən çıxıb getməyini demişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elbrus əvvəlcə onun boğazından əlləri ilə tutub sıxmış, sonra isə sifətinə, başına və bədəninə zərbələr vuraraq onu döymüşdür. O, qışqıran zaman Elbrus yaşadığı evdən küçəyə çıxmışdır. Aralarında olan münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Məhkəmədən Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 07 mart 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün qərarın surəti prokurora təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* saylı Potokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhsəti qəsəbəsində X2 döyərək ona xəsarət yetirməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs səmimi etirafı, ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs oğlunun məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-910/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-910/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver