Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-913/2022 03.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlu, X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətini nəzərdən keçirərək, müəyyən etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. O, Gəncə şəhər DYPŞ Yol Patrul xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən idarə etdiyi “Mercedes Benz” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə Gəncə-Hacıkənd yolunun 5 ulduz deyilən ərazisini keçən kimi saxlanılmış, düz xətti ayaqladığını bildirmişdir. Lakin o, qeyd edilən qayda pozuntusunu törətmədiyi üçün inspektordan video görüntü tələb etmiş, inspektor isə cavabında video görüntü olmadığını, əgər narazılığı varsa məhkəməyə şikayət edə biləcəyini bildirmiş və barəsində cərimə yazmışdır. Onun maddi vəziyyəti ağırdır, himayəsində 3 azyaşlı övladı vardır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 133.2.8ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarını və şikayəti tədqiq edərək, məhkəmə hesab edir ki, şikayət üzrə materiallar natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, müraciət üzrə təqdim edilmiş materiallara şikayət vermiş şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və ləğv edilməsi xahiş edilən tənbehvermə haqqında qərarın surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X1 xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-913/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-913/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver