Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-919/2022 04.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, hakim köməkçisi Əliyeva Nubar Elxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci X12 Təhlükəsizlik Bölməsinin sahə rəisi X9, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs, xx xxxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 01 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Aydınbəyov küçəsində yerləşən 14 saylı evdə baldızı X7 ilə aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə zamanı əlləri ilə N.N.Hüseynovanın bədəninin müxtəlif nahiyələrinə vuraraq, N.N.Hüseynovanının alın nahiyəsinin, sağ gözün alt qapağının, burun nahiyəsinin, sol əlin üst səthinin sıyrıqları, sol yanaq və sol bazu nahiyələrinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş A.M.İmanov göstərdi ki, o, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci X12 Təhlükəsizlik Bölməsinin sahə rəisi vəzifəsində işləyir. Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 1, mənzil 63-də yaşayan X7 01 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə, sonradan isə 2-ci polis şöbəsinə ərizə ilə müraciət edərək, 01 oktyabr 2022-ci il tarixdə Gəncə şəhəri Paştavoy adlanan yerdə anasının yaşadığı ünvanda Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin müraciət Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci X11 Bölməsində araşdırılmışdır. Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci X11 Bölməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Aydınbəyov küçəsində yerləşən 14 saylı evdə Şəxs ilə baldızı X8 ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və mübahisə zamanı Şəxs əlləri ilə Nuranə Hüseynovanın bədəninin müxtəlif nahiyələrinə vuraraq, alın nahiyəsinin, sağ gözün alt qapağının, burun nahiyəsinin, sol əlin üst səthinin sıyrıqları, sol yanaq və sol bazu nahiyələrinin qançırları kimi xəsarətlər yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan həmin şəxs barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti 2-ci X12 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. 2-ci X12 Təhlükəsizlik Bölməsində aparılmış araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu müəyyən edilmişdir. Buna görə də 04 noyabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, X7 onun baldızıdır. X1 Məhərrəm Sadıq oğlu müvəqqəti olaraq onunla birlikdə yaşayır. 01 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində Nuranə Hüseynova onun yaşadığı evə gəlmişdir. Bir neçə dəqiqədən sonra Nuranə Hüseynova onu evin mətbəxinə dəvət etmiş, həmin vaxt Nuranə Hüseynova ona övladı Məhərrəmi hansı səbəbdən anasının evindən çıxartmaq istədiyini soruşmuşdur. Bu zaman onlar arasında mübahisə yaranmış və o, əsəblərinə hakim ola bilməyib, əli ilə N.N.Hüseynovanın bədəninin müxtəlif hissələrindən vurmuşdur. Həmin vaxt orada heç kim olmadığına görə, hadisəni başqa şəxslər görməmişdir. Hazırda o, əməlindən peşimançılıq hissi keçirir. Buna görə də o, N.N.Hüseynova ilə barışıq əldə etmişdir. Sonda Şəxs barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında göstərdi ki, onun anası X3, qardaşı X10 və Seymurun ailə üzvləri Gəncə şəhəri paştavoy adlanan ərazidə yaşayır. 01 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində o, anasının yaşadığı evə qonaq getmişdir. Həmin gün saat 16 radələrində qardaşı Seymur Hüseynov evə gəlmiş, o Seymur Hüseynovun arvadı Şəxs kənara çəkilməsini təklif etmiş, Şəxs sözü olduğunu bildirmişdir. Həmin vaxt Şəxs onu nalayiq ifadələrlə təhqir edərək, nə sözünün olduğunu soruşmuş, sözlərini evin içərisində deməsini bildirmişdir. Bundan sonra Şəxs əli ilə onun sifət nahiyəsinə vuraraq, ağız, burun və sağ göz nahiyəsinə xəsarət yetirmişdir. Şəxs sonradan onunla barışıq əldə etmiş, ona dəymiş zərəri könüllü olaraq tam ödəmişdir. Buna görə də Şəxs onunla barışıq əldə etdiyini nəzərə alaraq, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə onun barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu madəsinin tələbinə görə həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışıqdıqda, xitam verilir. İşdə olan N.N.Hüseynova tərəfindən verilmiş 04 noyabr 2022-ci il ərizədən görünür ki, Şəxs N.N.Hüseynoa ilə barışıq əldə etmişdir. N.N.Hüseynovanın Şəxs qarşı tələbi yoxdur və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinin tələbinə görə həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci madəsinin tələbinə görə bu Məcəlllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 105, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 53.0.9-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-919/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-919/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver