Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-92/2024 10.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, 00900-00247/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinə, Gəncə Gömrük İdarəsinin, Rəsmiləşdirmə mərkəzindən Azərbaycan Respublikası, Goranboy şəhəri, A.Məmmədov, ev 8 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, 3-33-/3-1-007208/2023 nömrəli raport daxil olmuşdur. Raportda Şəxs MMC-nin Türkiyə Respublikasının “X5. Ve Tic. Ltd Şti” şirkətindən idxal etdiyi və 22AC256/22ZA076 nömrəli nəqliyyat vasitəsində daşınan “Müxtəlif növ parça” yükü xx.xx.2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə təyinatı üzrə Gəncə gömrük idarəsinə gəldiyi, Şəxs MMC-nin ünvanına gələn “Müxtəlif növ parça” yükü xx.xx.2023-cü il tarixli **********5357 nömrəli gömrük bəyannaməsilə Gəncə gömrük idarəsində (Gəncə şəhəri) bəyan edildiyi və bəyan edilmiş mallara xx.xx.2023-cü il tarixdə Gəncə gömrük idarəsinin inzibati binasının həyətində baxış zamanı xx.xx.2023-cü il tarixli **********5357 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan 37.077 m2 (uzunluğu 218.10 m, eni 17 sm) olan “Şönil pike kumaş” yükü faktiki olarag 567.06 m2 (uzunluğu 218.10 m, eni 2.60 m), 766.751 m2 (uzunluğu 4510.30 m, eni 17 sm) olan “Poly kumaş” yükü faktiki olarag 13530.90 m2 (uzunluğu 4510.30 m, eni 3 m) və 407.32 m2 (uzunluğu 2396 m, eni 17 sm) olan “Kumaş” yükü faktiki olarag 3594 m2 (uzunluğu 2396 m, eni 1.50 m) olan “Maşınla toxunmuş krujeva” olduğu aşkar edildiyi qeyd edilmişdir. Bundan əlavə yüklərin XİFMN kodunun yenidən tədqiq edilməsinə zərurət yarandığı üçün yüklərin XİFMN kodunun araşdırılması üçün bəyan edilmiş yüklərdən nümunələr götürülərək X4 İdarəsinə GM**********94 nömrəli məktubla müraciət edildiyi və X4 İdarəsinin xx.xx.2023-cü il tarixli GM**********94 nömrəli rəy məktubuna əsasən xx.xx.2023-cü il tarixli **********5357 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş XİFMN kodları ilə faktiki aşkar edilmiş yüklərin XİFMN kodlarının uyğun olmadığı qeyd edilmişdir. Aşkar edilmiş düzgün bəyan edilməyən 567.06 m2 (uzunluğu 218.10 m, eni 2.60 m) “Şönil pike kumaş”, 13530.90 m2 (uzunluğu 4510.30 m, eni 3 m) “Poly kumaş” və 3594 m2 (uzunluğu 2396 m, eni 1.50 m) olan “Maşınla toxunmuş krujeva” yükləri Şəxs MMC-nin Goranboy şəhəri Heydər Əliyev prospektində yerləşən anbarına goyulmuş və həmin anbar AA 956311, AA 956312 və AA 956313 nömrəli stikerlər vurularaq gömrük təminatı altına alındığı geyd edilmişdir. Raportun araşdırılması nəticəsində xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Şəxs MMCnin ünvanına Əməliyyat və Təhqiqat Şöbəsində aparılan araşdırma ilə əlaqədar olaraq dəvət barədə məktublar ünvanlanmışdır. Bundan əlavə faktiki aşkar olunan 567.06 m2 (uzunluğu 218.10 m, eni 2.60 m) “Şönil pike kumaş”, 13530.90 m2 (uzunluğu 4510.30 m, eni 3 m) “Poly kumaş” və 3594 m2 (uzunluğu 2396 m, eni 1.50 m) olan “Maşınla toxunmuş krujeva” yükünün faktiki bazar qiymətinin öyrənilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinə xx.xx.2023-cü il tarixli 3-33-1600/2-004122/2023 nömrəli məktub ünvanlanmışdır. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8039 nömrəli Ekspert rəyinə əsasən faktiki aşkar edilmiş yüklərin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri 53227.93 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli **********5357 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan olunan və faktiki olaraq aşkar edilmiş “Şönil pike kumaş”, “Poly kumaş" və “Maşınla toxunmuş krujeva” yükləri arasındakı m2 fərqinin ayrı-ayrılıqda hesablanması və yaranmış fərqin ekspert rəyinə əsasən gömrük dəyərinin və həmin dəyərə uyğun gömrük ödənişlərinin hesablanması üçün Rəsmiləşmə mərkəzinə xx.xx.2023-cü il tarixli, 3-33-/3-1-008046/2023 nömrəli Xidməti qeyd ünvanlanmışdır. Rəsmiləşmə mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-33-/3-1-008121/2023 nömrəli cavab Xidməti qeydində xx.xx.2023-cü il tarixli **********5357 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən yüklərin gömrük dəyəri 8899.22 manat, faktiki aşkar edilmiş yüklərin ekspertiza qiymətinə uyğun gömrük dəyəri isə 32687,26 manat, gömrük bəyannaməsilə bəyan olunan və faktiki olaraq aşkar edilmiş yüklərin m2 fərqinin “Şönil pike kumaş”-529.983 m2, “Poly kumaş”-12764.149 m2, “Maşınla toxunmuş krujeva’’- 3186.680 m2 (ümumilikdə 16480.812 m2) olduğu və ümumilikdə 16480.812 m2 düzgün bəyan edilməyən malların gömrük dəyərinin 23788.04 manat hesablanaraq geyd edildiyi göstərilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində hüquqi şəxs - Şəxs MMC-nin ünvanına idxal olunmuş və xx.xx.2023-cü il tarixli **********5357 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin gömrük dəyərinin 23788.04 manat məbləğində azaldıldığı müəyyən olunmuşdur. Qeyd edilən faktla bağlı Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsində xx.xx.2023-cü il tarixdə 00900-00247/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə verdiyi izahatında MMC tərəfindən “parça" yükünün ilk dəfə idxal edildiyini, MMC tərəfindən “X5. Ve Tic. Ltd Şti” şirkətinə 75 (yetmiş beş) pakrıval dəsti hazırlanması üçün “Şönil pike kumaş”, “Poly kumaş” və “Maşınla toxunmuş krujeva” yükü sifariş verildiyini, qeyd edilən parçaların hansı ölçüdə olması barədə məlumatları olmadığı üçün malmüşayiət sənədlərində qeyd edilən məlumatlara əsasən bəyan edildiyini, yükə baxış zamanı bəyan ediləndən artıq "xxxx" yükünün olması barədə məlumatlarının olduğunu və ixracatçı şirkətin MMC-yə uyğunsuzluğun texniki səbəblərdən baş verdiyini bildirmişdir. Həmçinin bilməyərəkdən gömrük gaydalarının pozulduğunu etiraf etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs MMC tərəfindən “parça" yükünün ilk dəfə idxal edildiyini, həmin "xxxx" yükü Türkiyə Respublikasında hansı kodlarla bəyan edilibsə, MMC tərəfindən də eyni kodlarla bəyan edilmiş, “X5. Ve Tic. Ltd Şti” şirkətinin onlara verdiyi məlumata görə gömrük bəyannaməsində bəyan edilən "xxxx" yükünün ölçülərilə faktiki aşkar olunmuş "xxxx" yükünün ölçülərində yaranmış fərq texniki səbəbdən yaranmış, MMC tərəfindən “X5. Ve Tic. Ltd Şti” şirkətinə 75 (yetmiş beş) pakrıval dəsti hazırlanması üçün “Şönil pike kumaş”, “Poly kumaş” və “Maşınla toxunmuş krujeva” yükü sifariş verildiyini, qeyd edilən parçaların hansı ölçüdə olması barədə məlumatları olmadığı üçün mal-müşayiət sənədlərində qeyd edilən məlumatlara əsasən bəyan edildiyini, yükə baxış zamanı bəyan ediləndən artıq "xxxx" yükünün olması barədə məlumatları olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən "xxxx" MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********5357 nömrəli gömrük bəyannaməsindən və əlavə vərəqdən görünür ki, Şəxs MMC tərəfindən idxal edilmiş yüklərin ölçüsü faktiki aşkar edilmiş yüklərin ölçüsündən az olaraq bəyan edilmişdir. İş materiallarında olan 27 dekabr 2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə verdiyi izahatında MMC tərəfindən “parça" yükünün ilk dəfə idxal edildiyini, MMC tərəfindən “X5. Ve Tic. Ltd Şti” şirkətinə 75 (yetmiş beş) pakrıval dəsti hazırlanması üçün “Şönil pike kumaş”, “Poly kumaş” və “Maşınla toxunmuş krujeva” yükü sifariş verildiyini, qeyd edilən parçaların hansı ölçüdə olması barədə məlumatları olmadığı üçün mal-müşayiət sənədlərində qeyd edilən məlumatlara əsasən bəyan edildiyini, yükə baxış zamanı bəyan ediləndən artıq "xxxx" yükünün olması barədə məlumatlarının olmuş və ixracatçı şirkət MMC-yə uyğunsuzluğun texniki səbəblərə görə baş verdiyini bildirmişdir. 16 oktyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması və yükə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin (vöen: **********) ünvanına Türkiyə Respublikasında yerləşən “X5. Ve TİC. LTD. ŞTİ” şirkətindən “müxtəlif növ parça” yükü 22AC256/22ZA076 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində xx.xx.2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olaraq təyinatı üzrə Gəncə Gömrük İdarəsinə gəlmişdir. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli **********5357 nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara xx.xx.2023-cü il tarixində Gəncə Gömrük İdarəsinin inzibati binasının ərazisində gömrük baxışı keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin içərisində **********5357 nömrəli bəyannaməsinin 4-cü mal mövqeyində qeyd olunan “şönil pike kumaş” yükü (DST**********109 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 13-cü mal mövqeyi) 37.077 m2 (uzunluğu: 218.10 metr, eni:17 sm) bəyan olunduğu halda faktiki olaraq 567.06 m2 olduğu (uzunluğu: 218.10 metr, eni: 2.60 metr), bəyannamənin 4-cü mal mövqeyində qeyd olunan “poly kumaş” yükü (DST**********109 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 16-cı mal mövqeyi) 766.751 m2 (uzunluğu: 4510.30 metr, eni:17 sm) bəyan olunduğu halda faktiki olaraq 13530.90 m2 (uzunluğu: 4510.30 metr, eni:3 metr) olduğu və bəyannamənin 4-cü mal mövqeyində qeyd olunan “kumaş” yükü (DST**********109 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 17-ci mal mövqeyi) 407.32 m2 (uzunluğu: 2396 metr, eni:17 sm) bəyan olunduğu halda faktiki olaraq 3594 m2 (uzunluğu: 2396 metr, eni: 1.50 metr) maşınla toxunmuş krujeva olduğu aşkar edilmişdir. Yuxarıda qeyd olunan mallar "xxxx" MMC-nin Goranboy şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən rəsmi anbarına boşaldıldı və həmin anbar AA 956311, AA 956312 və AA 956313 nömrəli stikerlər tətbiq olunaraq gömrük təminatı altına alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8039 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələr əsasında təzə vəziyyətdə olan parçaların (pərdə və sair kimi istifadə edilir) xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 53227.93 manat müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin qeydində göstərilir ki, bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin ünvanına idxal olunmuş və xx.xx.2023-cü il tarixli **********5357 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin gömrük dəyərinin 23788.04 manat məbləğində azaldıldığı müəyyən olunmuş və Şəxs MMC tərəfindən İXMnin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-yə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********, hüquqi şəxsin ünvanı ünvan 3sinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan 23788.04 (iyirmi üç min yeddi yüz səksən səkkiz manat dörd qəpik) manat təşkil edən malların dəyərinin otuz faizi məbləğində, yəni 7136.40 (yeddi min yüz otuz altı manat qırx qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-92/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-92/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver