Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-92/2025 06.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, protokolu tərtib etmiş şəxslər - Gəncə şəhər 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X3, Gəncə şəhər DYPŞ-nin YPX inspektoru, polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 2-ciküçə ev 23-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 511.1.2ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1ci Polis Şöbəsindən və Gəncə şəhər BPİ-nin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X6 və Gəncə şəhər DYPŞ-nin YPX inspektoru, polis serjantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 511.1.2-cimaddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 06 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli və 05 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Materiala əlavə edilmiş 06 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs uca səslə söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Materiala əlavə edilmiş 05 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:00-da VAZ-2106 minik markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 06 yanvar 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən və Gəncə DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materialların bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhər 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X6 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək, daxil olmuş raport əsasında protokol tərtib edildiyin bildirirək protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhər DYPŞnin YPX inspektoru, polis serjantı X2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə H.Əliyev parıxın qarşısında VAZ 2106 minik markalı avtomobilin təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə yol verərək avtoxuliqanlıq etmişdir. Onlar hadisə yerinə PPX əməkdaşları tərəfindən çağırılmışdır. Orda olan zaman Şəxs onlara avtomobili könüllü şəkildə təqdim etmiş, onlar daha sonra avtombili duracağa təmin etmiş və barısində İXM-nin 511.1.2-ci maddəsi ilə protokol tərtib etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında ki, Qarabağ qazisidir, Bakıda yaşayır, Gəncəyə bacısının toyuna gəlmişdir. Sevinc qəsəbəsindən Vüsal Şadlıq sarayına toy karvanı ilə birlikdə toy məclisinə gedirmiş. Gəncəni yaxşı tanımadığından və biraz sürətli getdiyindən anidən dönüş etdiyi üçün avtomobilin arxa təkəri oynamışdır. Bu zaman PPX-nin əməkdaşları onun maşının önünə keçərək onu saxlamış həmin vaxt qəza şəraiti yaranmışdır. Bu zaman o Qarabağ qazisi olduğunu, avtomobilində əyləşən xanımın isə şəhid anası olduğunu bildirmişdir. Lakin polis əməkdaşları o və onun atası ilə kobud danışmış, Gəncənin öz qanunları olduğunu qazirlərə və şəhid analarına hörmət etmədiyini bildirmişdir. Polis əməkdaşları daha sonra YPX çağırmışlar. YPX gəlmiş və onun razılığı ilə avtomaşını duracağa aparmışdır. YPX getdikdən sonra PPX əməkdaşları onu buraxmamış və onu şöbəyə aparacaqlarını bildirmişlər. O isə razılaşmamış, şöbəyə getməli olmadığını bildirirək getməkdən imtina etmişdir. Daha sonra isə razılaşaraq getmişdir. O heç bir avtoxuliqanlıq hərəkəti etməmişdir. Yolu yaxşı tanımadığına görə bir dəfə maşının təkəri sürüşmüşdür. Başqa heç bir pozuntu etməmişdir. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında materiala hər üç maddə üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin PPX polis serjantı X5 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 14-50 radələrində H.Əliyev parkının qarşısında Azpetrol yanacaq doldurma məntəqəsinin qarşısında **-BE-*** nömrəli VAZ 2106 minik markalı avtomobili idarə etdiyi zaman içərisində azyaşlı uşaqlar və qadınlar olmasına baxmayaraq avtombili ikitəkər qaldırmaq istəyirdi. Qayda pozuntusunu gördükləri üçün həmin maşına saxla işarəsi verilmiş, lakin avtombil maşını saxlamamış, onlar maşını daha sonra saxlamışlar. Şəxsə polisin qanuni tələbinə tabe olmadığı üçün polis şöbəsinə getməli olduğu bildirlsə də o getmək istəməmiş və hadisə yerindən yayınmaq istəmişdir. Şəxs dəfələrlə polis maşınına dəvət etsələr də o gəlməkdən imtina etmiş və kənar şəxslərin diqqətini öz üzərinə çəkmiş, polisin qanuni tələbinə tabe olmayaraq maneə yaratmışdır.Ona görə də həmin şəxsin barəsində qanuna müvafiq tədbiri görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin PPX polis serjantı Vəkilov X4 Anar Tofiq oğlu ilə eyni məzmunda izahat verərək dediyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30-da tutulmuşdur. AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan Çıxarışdan görünür ki, Şəxs (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv epizodlarla F62.0 dioqnozu qoyulmuşdur. AR MN-nin N15677 nömrəli arayışından görünür ki, diaqnoz və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nin qərarı: sol budun kor qəlpə yaralanmasından sonrakı bərkişim dəri çapığıdır. Video diskdən görünür ki, Şəxs **-BE-*** nömrəli VAZ 2106 minik markalı avtomobili ilə dönüş edən zaman döngəyə sürətli daxil olduğundan maşının idarəetməsini itirmiş və dərhal maşını düzəltmişdir. Video diskdə başqa görüntü mövcud olmamışdır. Verilmiş suallara əsasən protokol tərtib edən şəxs başqa videogörüntünün olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 511.1.2-ci maddəsində qeyd edilir ki, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə– nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, Şəxs əməlində İXM-nin 511.1.2-ci maddəsinin tərkibi olmadığından həmin maddəi ilə iş üzrə icraat xitam verilməlidir. Məhkəmə bu qənaətini aşağıdakılarla əsaslandırır. İnzibati xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin tərkibinin yaranamsı üçün mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə müəyyən edilməli eyni zamanda bu hallar mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərlə tamamlanmalıdır. Qanunverici İXM-də 511.1.2-ci maddəsinin tərkibinin mövcud olmasını məhz 511.1-ci maddəsininin dipozisiyasından asılı etmişdir. Yəni tövsifedici əlamət kimi qeyd etmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın məhkəməyə təqdim etdiyi sübutlardan həmin halı müəyyən etmək mümkün olmamışdır. Belə ki, iş materialına əlavə edilmiş video görüntüdən görünür ki, Şəxs **-BE-*** nömrəli VAZ 2106 minik markalı avtomobili ilə dönüş edən zaman döngəyə sürətli daxil olduğundan maşının idarəetməsini itirmiş və dərhal maşını düzəltmişdir. Video diskdə başqa görüntü mövcud olmamışdır. Verilmiş suallara əsasən protokol tərtib edən şəxs başqa videogörüntünün olmadığını bildirmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsi ilə yanaşı, həmçinin Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan şahidlərin ifadəsi, inzibati xəta haqqında protokol və digər sənədlər ilə Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmaması və xırda xuliqanlıq etməsi sübuta yetirilmişdir. Belə ki, şahid ifadələrindən görünür ki, polis əməkdaşlarının Şəxs saxla işarəsi verməsinə baxmayaraq maşını ilkin anda saxlamaması və maşını saxladıqdan sonra polis əməkdaşları ilə mübahisə etməsi ifadələr ilə öz təsdiqini tapır. Eyni zamanda hadisə yerinə çox saylı insanların yığılması və Şəxs öz hərkətlərinə davam etməsi öz təsdiqini tapır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li Qərarında müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən qərarına əsasən, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanın məhdud mənada belə anlayışı bir çox hüquq ədəbiyyatlarında və normativ hüquqi aktlarda ümumiləşdirilərək işlədilir. İctimai qayda cəmiyyətin digər sahəsi olan ictimai təhlükəsizliklə sıx bağlıdır. İctimai təhlükəsizlik sahəsinə insanların həyatı və sağlamlığı, onların əmlakı üçün yaranan və ya yarana biləcək təhlükənin qarşısının alınması və ya onların aradan qaldırılması ilə bağlı olan ictimai münasibətlər aiddir. Xırda xuliqanlıq ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağın sübut edir. Şərh edilən inzibati xətanın obyekti - ictimai qaydadır. Qeyd etməliyik ki, bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hüquq ədəbiyyatlarının məzmunları ilə tanış olarkən ən çox rast gəlinən fikirlər bunlardır ki, xırda xuliqanlığın törədilməsi zamanı (hər bir halda) ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq aktiv hərəkətlərlə (ictimai qaydanı pozan hərəkətlər) xarakterizə edilir, törədilir. Qanunvericilik quruluşuna görə bu maddədə göstərilən inzibati xəta formal tərkiblidir. İnzibati xəta haqqında protokol, şahid ifadələri və işin digər materialları ilə Şəxs insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs müharibə iştirakçısı olmağını, müharibədə aldığı xəsarətlər nəticəsində psixi xəstəliyə tutulmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 150 manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-92/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-92/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver