Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-920/2022 05.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, məhləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(044)- 2216/2018 saylı icra sənədinə əsasən Şəxs 07 may 2018-ci il tarixdən başlayaraq, 20 iyun 2008-ci ildə anadan olmuş X2 və 09 iyul 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Borclu icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 05 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru C.B.Salmanov məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi icraatda daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək ona borcunu ödəmək təklif edilmiş, lakin o, müxtəlif bəhanələrlə icradan yayınmışdır. Bununla əlaqədar borclunun barəsində digər məcburi icra tədbirləri, həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri ilə islah olunmadığından və öz əməllərini təkrarladığından, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinmiş və həmin şəxs barəsində 20 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara baxmayaraq, Şəxs hazırda da Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(044)-2216/2018 saylı icra sənədinin icrasını təmi etmir. Beləliklə, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək tətbiq olunması mümkün olan bütün icra tədbirləri heç bir nəticə verməmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin Şəxs hazırki halda da icra sənədinin icrasından qərəzli olaraq yayınır və Şəxs icra sənədi üzrə tələbkara 11.000 manat məbləğində borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(044)-2216/2018 saylı icra sənədinə əsasən ondan 07 may 2018-ci il tarixdən başlayaraq, 20 iyun 2008-ci ildə anadan olmuş X2 və 09 iyul 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Hazırda o, günəmuzd fəhlə kimi fərdi əməklə məşğul olub, özünün maddi təminatını çətinliklə ödəyə bilir. Qeyd olunan səbəblərdən o, E.M.İsmayılovaya olan aliment borcunu ödəməmişdir. Lakin maddi imkanı olduğu halda tələbkara olan aliment borcunu tam ödəyəcəkdir. Sonda Şəxs barəsində inzibati tənbeh tədbiq olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(044)-2216/2018 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 12 oktyabr 2018-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 3(044)-682/2018 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2021-ci il tarixli, 3(044)-473/2021 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 05 noyabr 2021-ci il tarixdən, saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-920/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-920/2022
05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver