Məhkəmə qərarları › İş №3(125)-922/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-922/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-922/2022 05.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlu, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in Z.Məmmədova adına xəstəxanasının həkim-anestezioloq-reanimatoloqu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 215.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Prokurorluğundan daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin icraatına “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in Z.Məmmədova adına xəstəxanasının həkim-anestezioloq-reanimatoloqu Şəxs Azərbaycan Respublikasının İXM-in 215.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Belə ki, iş materiallarına yalnız “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar əlavə edilmiş, barəsində inzibati icraat başlanmış Şəxs izahatı, həmçinin “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda göstərilənləri təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə təqdim edilmiş materialları natamam hesab edir. Bundan başqa Şəxs barəsində başlanılmış İXM-in 215.3-cü maddəsinə baxılması həmin Məcəllənin 43-cü maddəsinə əsasən məhkəmənin səlahiyyətinə aid deyildir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldı: “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in Z.Məmmədova adına xəstəxanasının həkim-anestezioloq-reanimatoloqu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 215.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar Gəncə şəhər Prokurorluğuna geri qaytarılsın. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar