Məhkəmə qərarları › İş №3(125)-923/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-923/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-923/2025 10.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, “X1 Mərkəzi” MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 14 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “X1 Mərkəzi” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulan inziabti xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən “X1 Mərkəzi” MMC məhkəməyə elektron qaydada vəsatət verərək barəsində tərtib edilmiş protokolu baxılması üçün “X2 Mərkəzi” MMC-in hüququ ünvanı üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yer hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Elektron çıxarışdan görünür ki, “X1 Mərkəzi” MMC Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan, döngə 1, ev 11-də qeydiyyatdadır. Məhkəmə hesab edir ki, “X1 Mərkəzi” MMC-nin vəsatəti təmin edilməli və hazırki inzibati xəta haqqında işin baxılması qaydalarına uyğun olaraq ərazi aidiyyəti qaydalarına uyğun olaraq Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, “X1 Mərkəzi” MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraalır: “X1 Mərkəzi” MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar