Məhkəmə qərarları › İş №3(125)-927/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-927/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-927/2025 04.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə Regional X6 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Mənzil Tikintili Kooperativinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə Regional X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə Regional X6 İdarəsi tərəfindən hüquqi şəxs Şəxs Mənzil Tikintili Kooperativinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən Şəxs Mənzil Tikintili Kooperativə məxsus yüksək mərtəbəli yaşayış binasında xx.xx.2025-ci il tarixdə planlı yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması aşkar edilmişdir. Hüquqi şəxs Şəxs MTK-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Gəncə Regional X6 İdarəsinin nümayəndəsi X2 çıxışında Şəxs MTK-yə məxsus yüksək mərtəbəli yaşayış binasının icbari qaydada sığorta olunmamasını, binanın yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilmədiyini, X6 orqanları ilə razılaşdırılmadan fəaliyyət göstərildiyini, binada mövcud olan siqnalizasiya qurğularına illik planlı texniki xidmət göstərilmədiyini, bina od söndürən balonlarla norma əsasında təmin edilmədiyini və kabellərin izolyasiya müqaviməti yoxlanması barədə sənədin təqdim edilmədiyini bildirmişdir. Binada dəfələrlə yoxlama işləri keçirilmiş və nöqsanlara görə protokol tərtib olunmuş ancaq buna baxmayaraq heç tədbir görülməmişdir. Sonda hüququ şəxs Şəxs Mənzil Tikintili Kooperativi nöqsanlara ciddi yanaşmadıqları üçün barəsində maksimum cərimə olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 20 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən Şəxs Mənzil Tikintili Kooperativə məxsus yüksək mərtəbəli yaşayış binasında xx.xx.2025-ci il tarixdə planlı yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının (01-2001, bənd 1.9.1, bənd 1.9.12, bənd 8.3, bənd 9.1, bənd 10.4) pozulması aşkar edilmişdir. - 06 fevral 2025-ci il tarixli, 0838 saylı “yanğın-texniki müayinənin aparılması haqqında” qərardan görünür ki, Şəxs Mənzil Tikintili Kooperativində plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. - 18 fevral 2025-ci il tarixli “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin” çıxarışından görünür ki, aparılmış yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. - 18 fevral 2025-ci il tarixli, 0838 saylı yanğın-texniki müayinə aktından görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən Şəxs Mənzil Tikintili Kooperativə məxsus yüksək mərtəbəli yaşayış binasında aparılmış yoxlama zamanı “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9.1, 1.9.12, 8.3, 9.1, 10.4, 3.19.16-cı bəndlərində nəzərdə tutulmuş tələblərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. - 20 fevral 2025-ci il tarixli “akt”dan görünür ki, Gəncə Regional X6 İdarəsinin böyük inspektoru X7 və inspektor X3 bu aktı tərtib edirlər ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən Şəxs MTK-yə məxsus yüksək mərtəbəli yaşayış binasında yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədi ilə planlı yanğın-texniki müayinə aparılmış və müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində yerinə yetirilməyən nöqsana görə yanğın-texniki mayinə aktı və Şəxs MTK barəsində inzibati xəta haqqında ******* nömrəli protokol tərtib edilmişdir. Müayinə zamanı müayinədə iştirak edən Şəxs MTK-nin Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən yaşayış binasının yanğın təhlükəsizliyinə cavabdeh şəxsi X5 heç bir fikir bildirməmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Avanqard- İnşaat” MTK tərəfindən Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs Mənzil Tikintili Kooperativə Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmadırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X6nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikası İXM-in 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 518.1-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Bundan başqa İXM-in 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməlidi, həmin müddətdə hüquq pozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquq pozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Mənzil Tikintili Kooperativi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Mənzil Tikintili Kooperativi törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 01 (bir) ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə Regional X6 idarəsinə göndərilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar