Məhkəmə qərarları › İş №3(125)-930/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-930/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-930/2025 01.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə (Whatsap” proqramı vasitəsi ilə görüntülü dindirilmiş), Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs (VOEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 40000.00 ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, 2 il müddətin keçməsinə baxmayaraq, 19548.16 ABŞ məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2025-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X3 protokola etiraz edərək izahatında bildirdi ki, protokolda göstərilən xx.xx.2023-cü il tarixli xaricə köçürülən 40000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə iki il ərzində idxal olmuşdur. Birinci idxalı bir ay sonra etmişlər. Növbəti idxal isə bir il sonra edilmişdir. O, Mərkəzi Banka bəyannamələri təqdim etmək istədikdə isə Bank ona sənədləri məhkəməyə təqdim etməyi bildirmişdir. 40000.00 ABŞ dolları məbləğində valyuta vəsaiti geri qaytarılmışdır. Vəsaitin qaytarılmadığının göstərilməsi isə bankın məsuliyyətsizliyidir. Daşımax xərclərinə görə pul tutulduğu üçün Bankın əməkdaşı səhvən onu nəzərə almamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında “Whatsap” proqramı vasitəsi ilə görüntülü dindirilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC 40000.00 ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, 2 il müddətin keçməsinə baxmayaraq, 19548.16 ABŞ məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Köçürmənin həyata keçirilməsini həyata keçirən bankın müqavilədə daşıma xərci nəzərdə tutulmadığı halda onu nəzərə almaq ixtiyarı olmamışdır. Bu hal onlara müəssisənin əməkdaşı tərəfindən deyilməli idi. Hal-hazırda təqdim edilmiş bəyannamələr isə artıq keçmiş ödənişlərin bağlanmasını yönəlidilmişdir. Ona görə də həmin bəyannamələrin təkrar nəzərə alınması mümkün deyil. Şəxs MMC əvvələr də eyni inbzibati xətanı törətmiş, hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayəti vermədiklərini bildirsə də, həmin qərardan apellyasiya şikayəti verilmiş və özlərinin iştirakı ilə məhkəmə prosesi keçirilərək şikayətləri təmin edilməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş 24 fevral 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, hüquqi şəxs Şəxs MMC 40000.00 ABŞ dolları məbləğində vəsaiti 02.02 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 19548.16 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş Express bank tərfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubdan görünür ki, Şəxs MMC-nin qeyd olunan avans köçürməsi üçün təqdim etdiyi “İnvoice”-da əks olunan mallardan fərqli mallar qeyd olunan gömrük bəyannəməsi və idxal müqaviləsi şərtlərində daşınma haqqı göstərilmədiyinə baxmayaraq köçürülən məbləğ üzrə ümumilikdə 13,500 USD məbləğində olan akt təqdim etmişdir. Müştərinin təqdim etdiyi akt və Gömrük Bəyənnaməsi müştərinin avans köçürməsi üzrə mötəbər sənəd sayılmadığından məqbul hesab edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə Garant Group MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərində daşıma xərci nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş **********4322 və **********2185 nömrəli gömrük bəyannamələrindən görünür ki, həmin bəyannamələr əvvəlki köçürmələrin bağlanmasında istifadə edilmişdir. İş materiallarında olan Ekpress Bank ilə Mərkəzi bank arasında email danışıqlarından görünür ki, Şəxs MMC 40000.00 ABŞ dolları məbləğində olan vəsaitin xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, 2 il müddətin keçməsinə baxmayaraq, 19548.16 ABŞ məbləği açıq qalmış, bağlanmamışdır. Hüquqi şəxsin nümayəndəsi həmin qalan məbləğin daşıma xərclərinə çıxmasınl bildirsə də iş materiallarına əlavə edilmiş köçürmənin həyata keçirilməsinə əsas olan müqavilənin şərtlərindən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilədə, Şəxs MMC ilə Garant Group MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərində daşıma xərci nəzərdə tutulmamışdır. Beləliklə müəyyən edilir ki, Şəxs MMC 40000.00 ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, 2 il müddətin keçməsinə baxmayaraq, 19548.16 ABŞ məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2025-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də hüquqi şəxs həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 19548,16 ABŞ dolları valyuta vəsaitinin 20 (iyirmi) faizi miqdarında, yəni 3909.63 ABŞ dolları (üç min doqquz yüz doxsan dollar 63 sent) məbləğində qərarın icra edildiyi gün manata olan məzənnə ilə cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar