Məhkəmə qərarları › İş №3(125)-934/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-934/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-934/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs (MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DGK Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 00900-00107/24 saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki. ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen: **********) MMC tərəfindən 28.11 2022-ci il tarixli N°05 nömrəli müqavilə və xx.xx.2023-ci il tarixli N°21 nömrəli İnvoice əsasında xx.xx.2023-cü il tarixli **********8201 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 24000 (iyirmi dörd min) kq, dəyəri 122400 (yüz iyirmi iki min dörd yüz) ABŞ dolları dəyərində “latun çubuqlar” yükü rəsmiləşdirilərək Türkiyə Cümhuriyyətinə ixrac edilmişdir. Qeyd olunan bəyannamə üzrə 121890 (yüz iyirmi bir min səkkiz yüz doxsan) ABŞ dolları MMC-nin bank hesabına geri köçmüş lakin 510 (beş yüz on) ABŞ dolları qalıq qalmışdır. Beləliklə, Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyərinin qalıq hissəsi 510 (beş yüz on) ABŞ dolları və yaxud 867 (səkkiz yüz altmış yeddi) AZN olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 bildirdi ki, Şəxs MMC ilə BAKİRSAN METAL MADEN SAN.VE TİC LTD ŞTİ arasında bağlanmış müqaviləyə əsasən MMC müqaviləyə əsasən çəkisi 24000 kq olan malı ixrac edərkən malın çəkisi məsələsində tərəflər arasında fikir ayrılığı yaranmışdır. BAKİRSAN METAL MADEN SAN.VE TİC LTD ŞTİ malın 510 ABŞ dollarına ekvivalent hissənin əskik olmasını iddia etmiş, ödənilməli məbləğdən 510 ABŞ dolları çəki fərqi səbəbindən MMC-ə ödənilməmişdir. Şəxs MMC isə öz növbəsində bu məsələdə daimi müştərisini itirməmək üçün mübahisə yaratmayaraq BAKİRSAN METAL MADEN SAN.VE TİC LTD ŞTİ ilə razılaşmışdır. Bildirdiklərini təsdiq edən yazışmaları məhkəməyə təqdim edərək inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli Rəsmiləşdirmə mərkəzinin rəisi Muraz Quliyevin raportundan görünür ki Şəxs MMC-nin (VÖEN **********) tərəfindən Türkiyə Respublikasına ixrac edilmiş "latun çubuqlar” yükünü **********8201 sorğu nömrəli gömrük bəyannaməsi ilə göndərdiyi 121890.00 ABŞ dollarını bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına köçürülməmişdir. - X5 tərəfindən "xxxx" MMC-yə MMC tərəfindən ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində müvvəkil bankda olan hesablara köçürülməsi barədə bildiriş göndərilmiş və inzibati qaydada cərimələnəcəyi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli **********8201 nömrəli Gömrük bəyannaməsindən görünür ki, “latun çubuqlar” yükü rəsmiləşdirilərək Türkiyə Cumhuriyyətinə ixrac edilmişdir. - xx.xx.2023-cü il tarixli №05 nömrəli müqavilənin surətindən görünür ki, Şəxs ilə BAKİRSAN METAL MADEN SAN.VE TİC LTD ŞTİ arasında müqavilə bağlanmış müqaviləyə əsasən alıcı verdiyi sifarişə əsasən 24000.0 kq, dəyəri 122400 ABŞ (dolları olan) “latun çubuqlar” yükünü alıcıya satmağı alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Şəxs MMC-nin BAKİRSAN METAL MADEN SAN.VE TİC LTD ŞTİ-nə ünvanladığı KREDİT-NOT arayışından görünür ki, mühasibat departamenti tərəfindən 510 ABŞ doları məbləğində pul vəsaiti çəki çatışmazlığı səbəbindən güzəşt edilmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsini dinləyib, tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilirki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli **********8201 saylı gömrük bəyannaməsi ilə Türkiyə Respublikasına ixrac olunan dəyəri 122400 ABŞ dolları olan malların çəkisində əksiklik olduğu üçün sözügüdən bəyannamə üzrə 510 ABŞ dolları əksik ödəniş edilmişdir. Belə olan halda, barəsində icraat aparılan hüquqi şəxsin hərəkətində qərəz müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibinin əlaməti olan subyektiv cəhət əməldə mövcud deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdətutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2 və 114.1.4-cü maddəllərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixli, 00900-00107/24 saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar