Məhkəmə qərarları › İş №3(125)-945/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-945/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-945/2022 21.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri BPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri 1-ci polis şöbəsinin İTB-nin polis rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs 230 manat dəyərində lotereyanı pozub pulunu verməmişdir. Bununla o, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş şəxs Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs tanışı Zərərçəkmiş şəxs işlədəyi lotoreya məntəqəsində sonuncunun etibarından sui-istifadə edərək 230 manat dəyərində lotereyanı pozub pulunu verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaları törətdiyini etiraf edərək hərəkətindən peşman olduğunu bildirmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam şəkildə ödədiyini və buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, Şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi olmadığından onun barəsində İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar