Məhkəmə qərarları › İş №3(125)-947/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-947/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-947/2025 10.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26156908 nömrəli qərarın ləğv olunması barədə X2 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26156908 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin baxılmağa hazırlanması zamanı şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi onu göndərmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına barəsində şikayət verilən inzibati tənbeh vermə haqqında Qərarın surəti, onun rəsmi alınmasını təsdiq edən sənədlərin surətləri əlavə edilməmişdir. Belə olan halda məhkəmə təqdim edilmiş materialları natamam hesab edir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EQ 26156908 nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi şikayətçiyə geri qaytarılsın. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar