Məhkəmə qərarları › İş №3(125)-949/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-949/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-949/2022 07.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X1, prokuror, Gəncə şəhər prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 215.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd edilmişdir ki, Gəncə şəhər “Birləşmiş Xəstəxanası” PHŞ-nin direktor müavini, Z.Məmmədova adına xəstəxanasının Acil şöbəsinin müdiri Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.3-cü maddəsində nəzərdə tutulan təxirəsalınmaz tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsi faktı araşdırma zamanı tam təsdiq olunduğundan, həmin şəxs barəsində qeyd olunan maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, qərarın baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 215.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X6 inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi X4 inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsinə etiraz etməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 213.0.3, 213.0.4 (tibb müəssisələrində yayımlanmasına münasibətdə), 215.2, 215.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Odur ki, məhkəmə hesab edir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə Azərbaycan Respublikası İXMə-nin 215.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq səlahiyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə aid olduğundan, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasına dair material aidiyyəti üzrə baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar