Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-957/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 barəsində tərtib edilmiş barəsində tərtib edilmiş 05 may 2023-cü il tarixli TP ******* inzibati xəta haqqında qərardan verdiyi şikayət verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 barəsində tərtib edilmiş barəsində tərtib edilmiş 05 may 2023-cü il tarixli TP ******* inzibati xəta haqqında qərarın ləğv edilməsini, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Bakı Qazax yolunun 99-cu kilometrində yerləşən Yol Patrul Xİdməti postunda Yol Patru Xİdməti İnspektoru polis baş serjantı X7 tərəfindən saxlanılmışdır. Polis əməkdaşı dayandırlmasının səbəbini bildirmədən sənədləri tələb etmiş, o isə sənədləri təqdim etmişdir. Sənədlərə baxış zamanı polis əməkdaşı təqdim etdiyi etibarnamə ilə nəqliyyat vasitəsindən istifadə hüququnun olmadığını bildirərək ona 40 manat cərimə yazmışdır. Bildirir ki, onun Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş etibarnaməsi var və həmin etibarnamədə həmin nəqliyyat vasitəsini idarə etmə səlahiyyəti də ona verilmidir. Ona görə də barəsində tərtib edilmiş 05 may 2023-cü il tarixli TP ******* inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılmış şəxs Əfqan Məmmədov şikayətinə uyğun çıxış edərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Vİİ X14 xidməti inspektoru polis baş serjantı X7 tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli TP ******* inzibati xəta haqqında qərar görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17-00-da X1 Santa Fe Minik markalı 99EV120 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir.. Bu səbəbdən o, İXM-in 332.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və 22 yanvar 2021-ci il tarixli etibarnamədən görünür ki, X2 Əfqan Ağalar oğluna ona məxsus nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi, dövlət qedyiyyatı ilə bağlı bütün zəruri işlərin aparılması və rəsmiləşmə işləri başa çatdıqdan sonra nəqliyyat vasitəsini sürüb Gəncə şəhərinə gətirilməsi səlahiyyətləri eyni zamanda sürücülük hüququ olduğu halda, ona məxsus nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, X10 adına X15 minik avtombili gömrük rəsmiləşdirilməsindən keçmişdir. İş materiallarında olan texniki eyniləşdirmə şəhadətnaməsindən görünür ki, sifarişçi X10 adına X15 minik avtombili eyniləşdirilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99EV120 qeydiyyat nişanlı X15 minik avtombili X10 adına qeydiyyatdan keçirilmişdir. Məhkəmə, şikayətçinin çıxışını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 99EV120 qeydiyyat nişanlı X15 minik avtomobili X8 mülkiyyətindədir. İş materiallarına həmçinin müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli və 22 yanvar 2021-ci il tarixli etibarnamələr ilə X2 Əfqan Ağalar oğluna ona məxsus nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi, dövlət qedyiyyatı ilə bağlı bütün zəruri işlərin aparılması və rəsmiləşmə işləri başa çatdıqdan sonra nəqliyyat vasitəsini sürüb Gəncə şəhərinə gətirilməsi səlahiyyətləri eyni zamanda sürücülük hüququ olduğu halda, ona məxsus nəqliyyat vasitəsini idarə etmək hüququnu vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunduqda inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Vİİ X14 xidməti inspektoru polis baş serjantı X7 tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli TP ******* inzibati xəta haqqında qərar ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-957/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-957/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver