Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-958/2023 23.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Gəncə şəhəri, Nizami rayonu, Qara Namazlı küçəsi ev 5B-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs 2 saylı Noariat ofisinin 8i-838 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən 12000 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs və 20 manat dövlət rüsumu isə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədinin icrasının təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş və xəbərdarlıq göndərilmişdir. Borclu icra sənədinə əsasən göstərilən borcdan heç bir ödəniş etmir və hal hazırda icra qeydi üzrə mövcud borc ödənilməmişdir.Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Qanunla müəyyən edilmiş bütün icra tədbirləri görülmüş lakin borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Bununla da borclu Həsənov X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu bugünədək heç bir ödəniş etməmişdir. Protokolun təmin edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, borclu icra sənədini icra etmədiyinə görə əvvəllər də məsuliyyətə cəlb edilmiş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)- 385/2022-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun zərərçəkmiş şəxsə 12.000 dollar borcu yoxdur. Zərərçəkmiş şəxsin qeyd etdikləri yalandır. Zərərçəkmiş şəxsə cəmi 2000 manat borcu var. Zərərçəkmiş şəxs ona 2000 manat borcunun olmasını etiraf etsə o həmin pulu ödəyər. Lakin hal-hazırda heç bir ödəniş edə bilmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra qeydindən məhkəməyə şikayət etmiş, lakin 1-ci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin qərarı ilə icra qeydi qüvvəsində qalmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu borcunu ödəməkdən qəsdən yayınır. Bugunədək heç bir ödəniş etməmişdir. Bu halları nəzərə alaraq barəsində inzibati həbs verilməsini xahiş etmişdir. İş materiallarında olan 2 saylı Noariat ofisinin 8i-838 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 12000 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs və 20 manat dövlət rüsumu isə tutularaq dövlət nəfinə ödənilməlidir İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən xx.xx.2021-ci il tarixdə imza atılmaqla götürülmüşdür. İş materiallarından görünür ki, Şəxs məsuliyətə cəlb olunması ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıqlar edilmişdir. İş materiallarından görünür ki, Şəxs izahatları alınmışdır. İş materiallarına əlavə olunmuş elektron çıxarışdan görünür ki, Şəxs adına hər hansı bir əmlak qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcdan heç bir ödəniş edilməmişdir.Borclu izahatında icra qeydi ilə qeydə alınan və məhkəmə qərarı ilə qüvvədə qalan icra qeydində göstərilən məbləğ ilə razılamayaraq onun o qədər borcu olmadığını bildirmişdir. Borclu məhkəmə tərəfindən ona borcunu ödəmə imkanı yaradılmasına baxmayaraq maddi növbəti iclasda cəmi 2000 manat borclu olduğunu bildirirək borcu olmadığını ödəməkdən imtina etmişdir. Şəxs icra sənədində qeyd edilən borcu qəbul etməyərək icra sənədini üzürsüz səbədən icra etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-958/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-958/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver