Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-959/2022 29.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidmətinin Gəncə Regional Şöbəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin Gəncə Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin Gəncə Regional şöbəsindən Şəxs barəsində tərtib edilmiş 04 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli, 002677 nömrəli aktdan görünür ki, **-CM-*** dövlət qeydiyyat nömrəli “Mercedes” markalı avtomobilin sürücüsü idarə etdiyi taksi minik avtomobilində Gəncə şəhəri, Şəmkir avtovağzalı ərazisində saat 11:00 radələrində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri - “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X4 Xidmətinin Gəncə Regional Şöbəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs protokolda qeyd edilən əməli törətediyini etiraf edərək izahatında bildirdi ki, o, “Mercedes” markalı **- CM-*** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsusdur. O, boş vaxtlarında həmin avtomobil ilə taksi fəaliyyət ilə məşğul olur. Lakin, taksi fəaliyyəti ilə məşğul olmaq üçün fərqlənmə nişanını almamışdır. Bununla yanaşı onun maddi vəziyyətinin nəzərə alınaraq, barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş **-CM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin foto şəklindən həmin avtomobilin sürücüsü sərnişin daşıma (taksi) fəaliyyəti ilə məşğul olur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, 1992-ci il istehsalı olan, Mercedes-Benz 200D markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məxsusdur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 552-ci maddəsi ilə tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. İXM-in 552-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(125)-959/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-959/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver