Məhkəmə qərarları › İş №3(125)-964/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-964/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-964/2023 26.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X13 Şöbəsinin Polis kapitanı X6 tərəfindən tərtib olunmuş 10 mart 2023-cü il tarixli TP ******* saylı X8 haqqında qərardan vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X13 Şöbəsinin Polis kapitanı X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İPX ******* saylı X7 Protokolun və xx.xx.2023-cü il tarixdə TP ******* saylı X8 Haqqında Qərarın ləğv edilməsini, o cümlədən, baş vermiş yol qəzası hadisəsi zamanı avtomobilinə dəyimiş ziyanın “VAZ- 2107” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Zaur adlı şəxsdən alınaraq ona ödənilməsi və X13 Şöbəsinin polis kapitanı X4 düzgün işləmədiyinə görə onun barəsində ciddi tədbir görülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 10 mart 2023-cü il tarixdə, saat 10:30 radələrinə idarə etdiyi “Toyota Corola” minik markalı, “**-OG-***” dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə evə gedərkən Gəncə şəhəri, xalça kombinatının yaxınlığında, 29 saylı orta məktəbə doğru uzanan daşlı, narahat yolu istiqamətində hərəkətdə olduğu zaman avtoqəza baş vermiş, avtoqəza nəticəsində onun avtomobiliə zərbə dəymişdir. Belə ki, o baş yolu düz keçmiş və təqribən 10 metr irəli getmişdir. Həmin an yol boş idi. Bu vaxt sağ istiqamətdən, iki binanın arasından “VAZ-2107” markalı, “** BS ***” dövlət qeydiyyat nişanlı başqa bir maşın gözlənilmədən ona doğru sürətlə gəlmişdir. O cəld tərpənərək maşını saxlamışdır. Bununla belə, onun maşınını qabaq hissəsindən vurmuşdur. Onun maşınıma xətər yetirən sürücüyə əsəbi şəkildə korsan, görmürsən? -deyə soruşmuşdur. O da görmədiyini bildirmişdir. Qəza baş verməmişdən əvvəl yolda həmin maşın yox idi. Maşın binanın arxasından qəfil çıxdı və yol-qəza hadisəsi törədərək onun maşınıma çırpılmışdır. Qəza törədən avtomaşının sürücüsü Zaur adlı şəxsdir. O ləngimədən zəng edərək hadisə yerinə baxış keçirmək üçün X11 və sığorta şirkətinə məlumat vermişdir. X10 əməkdaşı və sığorta şirkətinin nümayəndəsi gəlib hadisə yerinə baxış keçirsələr də, heç bir araşdırılma və spirtli içki qəbul edilib-edilməməsi barədə heç bir yoxlma aparılmadı, Polis əməkdaşı ona X13 İdarəsinə gəlməsini tapşırdı və sənədləri alıb getdi. O qəza törədən adamın maşınına minərək onunla birlikdə Gəncə X13 Şöbəsinə getmişdir. Orada ona dedilər ki, işimiz çoxdur, gedin, axşam gələrsiniz. O da maşını evakuatora qoyduraraq kəndə aparmışdır. Axşam Gəncə şəhər X13 Şöbəsinə gələndə görmüşdür ki, maşını vuran adam gedib öz sənədlərini götürüb. X13 Şöbəsinin kapitanı, inspektor Nail bildirmişdir ki, ona 54 manat cərimə yazıb, sığortanı isə 50-nin 50-yə yazıb. Buna baxmayaraq, o 60 manat cəriməni ödəmişdir. Odur ki, bu araşdırma ilə razılaşmamışdır. Onun maşınına 1000 manatlıq zərər dəyib. Yol hərəkəti qaydalarını hər ikisi pozub. Qarşı tərəfin maşınının isə 100 manatlıq xərci var. Gəncə şəhər DYPŞ-nin polis kapitanı Nail Əliyev onun zərərçəkən olduğunu nəzərə almayaraq və yaxud almaq istəməyərək əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması halı kimi onun barəsində xx.xx.2023-cü il tarixli İPX ******* saylı X7 Protokol tərtib etmiş və xx.xx.2023-cü il tarixdə TP ******* saylı X8 Haqqında Qərar çıxarmışır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini əsas gətirərək barəsində tərtib etmiş olduğu protokol və tənbehvermə haqqında Qərarın qanuni olduğunu hesab etmişdir. Lakin o bununla razılaşmır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və cavabdehin İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsinə istinad edərək onun barəsində tərtib edilmiş yuxarıda göstərilən sənədlərin əsassız olduğunu, həmçinin, baş vermiş yol-qəzası hadisəsi zamanı avtomobilinə dəyimiş ziyanın “VAZ-2107” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomşının sürücüsü Zaur adlı şəxsdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X3 Əli oğlu şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş X8 haqqında qərarı, nəzərdən keçirib, müəyyən etmişdir ki, öz məzmununa görə şikayət ərizəsinə uyğun gəlsə də iddia ərizəsi formasında məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə onun məzmunu baxımından şikayət ərizəsinə bərarbər tutaraq icraata qəbul edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş X8 haqqında qərarı, nəzərdən keçirib, hesab edir ki, şikayətin təmin edilməsinə zərurət aradan qalxdığından şikayət təmin edilməməlidir. Belə ki, həm şikayət ərizəsində, həm də şikayətçinin məhkəmə iclasındakı ifadəsində tənbehvermə haqqında qərardakı cərimənin ödənildiyi bildirilir. Bu baxımdan, məhkəmə hesab edir ki, həm cərimə ödənildiyindən, həm də şikayət vermə müddəti keçdiyindən ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X13 Şöbəsinin Polis kapitanı X6 tərəfindən tərtib olunmuş 10 mart 2023-cü il tarixli TP ******* saylı X8 haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X13 Şöbəsinin Polis kapitanı X6 tərəfindən tərtib olunmuş 10 mart 2023-cü il tarixli TP ******* saylı X8 haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar