Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-97/2022 13.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 04 iyun 2022-ci il tarixdən 05 iyun 2022-ci il tarixə keçən gecə X1 məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsi 41-ci küçədə yerləşən yarım tikili fərdi yaşayış evindən 90 manat dəyərində elektrik naqillərini oğurlamışdır. Bundan başqa Şəxs 29 may 2022-ci il tarixdən 30 may 2022-ci il saat 09 radələrinədək olan müddət ərzində X3 məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən yaşayış olmayan yarımtikili evdən 50 manat dəyərində 1 ədəd direl və 40 manat dəyərində elektrik naqilini oğurlamışdır. Bundan başqa Şəxs 12 may 2022-ci il tarixdə Gəncə şəhəri Cavadxan qəsəbəsində X5 məxsus “VAZ 2106” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən 400 manat dəyərində olan panasonik markalı video kameranı oğurlamışdır. Bundan başqa Şəxs 14 may 2022-ci il saat 16 radələrindən 15 may 2022-ci il saat 09 radələrinədək olan müddətdə X4 yaşadığı Gəncə şəhəri 5-ci mikrorayon 08 nömrəli binanın həyətyanı sahəsində ona məxsus saxladığı “VAZ-2103” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən bir ədəd 150 manat dəyərində akkumlyator oğurlamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs 04 iyun 2022-ci il tarixdən 05 iyun 2022-ci il tarixə keçən gecə X1 məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsi 41-ci küçədə yerləşən yarım tikili fərdi yaşayış evindən 90 manat dəyərində elektrik naqillərini oğurlamışdır. Bundan başqa 29 may 2022-ci il tarixdən 30 may 2022-ci il saat 09 radələrinədək olan müddət ərzində X3 məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən yaşayış olmayan yarımtikili evdən 50 manat dəyərində 1 ədəd direl və 40 manat dəyərində elektrik naqilini oğurlamışdır. Bundan başqa 12 may 2022-ci il tarixdə Gəncə şəhəri Cavadxan qəsəbəsində X5 məxsus “VAZ 2106” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən 400 manat dəyərində olan panasonik markalı video kameranı oğurlamışdır. Bundan başqa 14 may 2022-ci il saat 16 radələrindən 15 may 2022-ci il saat 09 radələrinədək olan müddətdə X4 yaşadığı Gəncə şəhəri 5-ci mikrorayon 08 nömrəli binanın həyətyanı sahəsində ona məxsus saxladığı “VAZ-2103” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən bir ədəd 150 manat dəyərində akkumlyator oğurlamışdır. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 04 iyun 2022-ci il tarixdən 05 iyun 2022-ci il tarixə keçən gecə X1 məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsi 41-ci küçədə yerləşən yarım tikili fərdi yaşayış evindən 90 manat dəyərində elektrik naqillərini oğurlamışdır. Bundan başqa 29 may 2022-ci il tarixdən 30 may 2022-ci il saat 09 radələrinədək olan müddət ərzində X3 məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən yaşayış olmayan yarımtikili evdən 50 manat dəyərində 1 ədəd direl və 40 manat dəyərində elektrik naqilini oğurlamışdır. Bundan başqa 12 may 2022-ci il tarixdə Gəncə şəhəri Cavadxan qəsəbəsində X5 məxsus “VAZ 2106” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən 400 manat dəyərində olan panasonik markalı video kameranı oğurlamışdır. Bundan başqa 14 may 2022-ci il saat 16 radələrindən 15 may 2022-ci il saat 09 radələrinədək olan müddətdə X4 yaşadığı Gəncə şəhəri 5-ci mikrorayon 08 nömrəli binanın həyətyanı sahəsində ona məxsus saxladığı “VAZ-2103” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən bir ədəd 150 manat dəyərində akkumlyator oğurlamışdır. Himayəsində 2 uşağı vardır, yoldaşı 1-ci qrup əlildir. Əməlindən peşmandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs barəsində tərtib edilmiş 12 iyul 2022-ci il tarixli, MN № ******* saylı, 12 iyul 2022-ci il tarixli, MN № ******* saylı, 12 iyul 2022-ci il tarixli MN № ******* saylı və 12 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs oğurluq edərək xırda talama etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10 iyun 2022-ci il tarixli, 04 iyun 2022-ci il tarixli, 17 may 2022-ci il tarixli və 25 may 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinə nəzərədə tutulan əməllərə görə inzibati məsuliyyət o hallarda yaranır ki, o əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə hərəkətindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mulki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 12 iyul 2022-ci il tarixdən, saat 11:30-dan hesablansın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-97/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-97/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver