Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-97/2025 17.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Gəncə şəhər Baş Polisi İdarəsinin X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər Baş Polisi İdarəsinin X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər BPİ-nin X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə (ara məsafəsi pozma) təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, birtərəfli araşdırılma aparılmış, nəticədə qanunsuz və əsassız nəticəyə gəlinmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə saat 16-17 radələrində qardaşı X2 məxsus **-EU-*** dövlət qeydiyyat nişanlı Lada (Vaz) Niva markalı avtomobillə onunla birlikdə Gəncə şəhəri, Nəriman Nərimanov prospektində hərəkət edərkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə “Chevrolet Aveo” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onun iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsindən qabaq başqa bir nəqliyyat vasitəsi “Chevrolet Aveo” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bundan sonra isə, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun hərəkət hissəsində (yolun orta hissəsində) dayandırmış və sürücü avtomobildən düşüb kənarda sığorta şirkətinin məsul şəxsinin gəlməsini gözləmişdir. Həmin protokolun qanunsuzluğu ilə bağlı əsas ondan ibarətdir ki, ara məsafəsinin pozulması səbəbi ilə barəsində tərtib edilmişdir. Qeyd edir ki, ara məsafəsi eyni istiqamətdəki zolaqda bir-birinin ardınca hərəkət edən iki nəqliyyat vasitəsi arasında olan məsafədir. Ara məsafəsi üçün konkret ölçü müəyyən edilməyib. Yol hərəkəti ilə bağlı qanunvericilik normalarının sistemli tədqiqi nəticəsində belə qənaətə gəlmək mümkündür ki, qarşıda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, habelə sərt manevr etdikdən onunla toqquşmanın qarşısını almağın mümkün olması üçün hərəkətdə olan nəqliyyat vasitələri arasında müvafiq məsafə (ara məsafəsi saxlanılır). Hazırkı işin mahiyyəti ilə bağlı bildirir ki, “Chevrolet Aveo” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun hərəkət hissəsində (yolun orta hissəsində) dayandırmış və sürücü avtomobildən düşüb kənarda sığorta şirkətinin məsul şəxsinin gəlməsini gözləmişdir. Yəni, həmin avtomobil qəza baş verən zaman və ya bundan bir neçə saniyə öncə hərəkətdə olmamışdır ki, onunla məsafə saxlasın. Habelə bu məsafənin pozulub-pozulmamasından söhbət getsin. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, inzibati protokolu tərtib edən Gəncə şəhər DYPŞ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X4 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət ərizəsini, Rəsul Niftəliyevin izahatını və məhkəməyə təqdim etdiyi videogörüntünü həmçinin digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər DYPŞ-nin polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqından qərardan görünür ki, Rəsul Niftəliyev tərəfindən xx.xx.2024-cü il tarixdə saat 16:05 radələrində N.Nərimanov prospekti ərazisində “Vaz 21214” (minik) markalı, **-EU- *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən araməsafəsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi ilə əlaqədar onun barəsində 40 manat cərimə növün inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X1 məhkəməyə təqdim etdiyi kamera görüntülərdən bəlli olur ki, Rəsul Niftəliyev tərəfindən araməsafəsi qaydalarının pozulması və ya hər hansı bir digər yol hərəkəti qaydasının pozulması hallarını təsdiq edən faktlar mövcud deyildir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı:1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir;2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır;3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir;4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsində sadalanan hallar sürücülərin vəzifələrini müəyyən edir və bu vəzifələrin sürücülər tərəfindən yerinə yetirilməsi məcburidir. Sözügedən hüquq normasının dispozisiya şərtlərindən görünür ki, qanunverici yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsi sürücüsünün qəza dayanma nişanı quraşdırılmasını imperativ qaydada müəyyən etmişdir. Bundan başqa “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin İİİ bəndinə görə, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfindən, zərurət olduqda isə həm də qabaq tərəfindən, həmin zolaqda nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda qəza dayanma nişapı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin. Göründüyü kimi, yol nəqliyyat hadisəsi zamanı qəza nişanı quraşdırılmasını imperativ qaydada müəyyən etməkdə qanunvericinin məqsədi o olmuşdur ki, qəzaya uğramış nəqliyyat vasitəsinə yaxınlaşmaqda olan digər nəqliyyat vasitəsi sürücüləri qarşıda dayanmış nasaz və ya qəzalı vəziyyətdə olan nəqliyyat vasitəsindən kifayət qədər uzaq məsafədən məlumatlı olub həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının (sürücü və piyadalar) təhlükəsizliyini təmin etmiş olsunlar. Təsadüfi deyildir ki, qanunverici qəza dayanma nişanının yol təhlükəsizliyinin təmini baxımından nə qədər əhəmiyyətli olduğunu nəzərə alaraq bu nişanın hansı məsafədən yerləşdirilməli olduğunu müəyyən etmiş, bu məsafə üçün minimum 30 metr nəzərdə tutmuş, göstərilən qaydalarla yanaşı həm də qəza dayanma nişanının yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücülərinin kifayət qədər məsafədən görə biləcəyi formada quraşdırılmasını xüsusi olaraq müəyyən etmişdir. Çünki, baş vermiş nəqliyyat hadisəsi nəticəsində, yaxud da nəqliyyat vasitəsində yaranmış hər hansı texniki nasazlıqla bağlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsində məcburi dayandığı hallarda müvafiq məsafədən qəza nişanının quraşdırılması digər nəqliyyat vasitələrinə qarşıda mövcud olan təhlükəli manelər barədə xəbərdaredici siqnal rolunu oynayır. Bunun nəticəsində digər nəqliyyat vasitəsi sürücüləri qarşıda onları gözləyən təhlükəli manelərdən vaxtında (məsafəli şəkildə) məlumatlı olur. Qanunvericiliyin bu tələblərinə riayət edilmədiyi təqdirdə isə, sürücü qarşıda onu gözləyən təhlükəli manelərdən məlumatsız olur. Xüsusilə nəzərə almaq lazımdır ki, avtomobilin arxa və ya ön tərəfində qanunla müəyyən edilmiş qaydada qəza dayanma nişanı quraşdırılmadığı halda digər nəqliyyat vasitəsi sürücüləri məhz qəzaya uğramış nəqliyyat vasitəsinə az məsafə qaldıqda yolun hərəkət hissəsində qəzaya uğramış avtomobil dayandığından məlumatlı olur ki, bunun nəticəsində də sürücü qəflətən sərt manevrlər etmək məcburiyyətində qalır. Sürücünün qəzaya uğramış nəqliyyat vasitəsinə qısa məsafə qalmış bu cür manevrlər etməsi isə heç şübhəsiz digər yol iştirakçılarını (sürücü və piyadaları) təhlükə altına alır. Belə manevrlər etməyə ümumiyyətlə imkan olmadıqda və ya bu cür manevrlər daha təhlükəli nəticələrə səbəb olacağı halda isə qəza hadisəsindən yayınmaq qaçınılmaz olur. Həmçinin “Yol hərəkəti haqqında” Qanunun yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqlarından bəhs edən 36.3-cü maddəsində deyilir ki, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Rəsul Niftəliyevə istinad edilən inzibati xəta hadisəsi mövcud deyil, ona görə də onun şikayəti təmin edilməli, barəsində qəbul edilmiş inzibati qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 istinad edilən inzibati xəta hadisəsi mövcud olmadığından onun şikayəti təmin edilməli, barəsində Gəncə şəhər DYPŞ-nin polis leytenantı X5 tərəfindən qəbul edilmiş TP ******* saylı inzibati xəta haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməli və həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Mərkəzi İnformasiya sistemində Rəsul Niftəliyevun barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Gəncə şəhər Baş Polisi İdarəsinin X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və və başlanmış inzibati xətalara dair iş üzrə icraata xitam verilsin. Gəncə şəhər Baş Polisi İdarəsinin X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-97/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-97/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver