Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-970/2022 17.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək müəyyən etdim: Gəncə Şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, vətəndaş Şəxs barəsində İXM 342.9 maddəsinə əsasən tərtib edilmiş İXP ******* nömrəli inzibati protokol baxılıb tərtib tədbir görülməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etdiyinə görə Şəxs İXMnin 342.9-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində qeyd edilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi həmin normanın sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi imperativ qaydada göstərilmişdir. Başqa sözlə, əgər məhkəmə şəxsi İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilərsə, əsas tənbeh növü kimi cərimə ilə yanaşı, mütləq əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsini də tətbiq etməlidir. Lakin, inzibati xəta haqqında materialı araşdırarkən müəyyən olundu ki, Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokola inzibati xətanın törədilməsini əks etdirən fotoşəkillər, inzibati xətanın bilavasitə obyekti olmuş predmet materiala əlavə edilməmiş və ya onun harada saxlanılması, həmin predmetin fərdi xüsusiyyətləri barədə hər hansı məlumat iş materiallarında mövcud deyildir. Belə olan təqdirdə, inzibati xəta haqqında işə baxılması nəticəsində Şəxs İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinməsi halında, inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi məsələsini həll etmək qeyri-mümkündür. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə hesab edirəm ki, Şəxs barəsində İXM-in 342.9-cu maddəsi ilə olan inzibati material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə qaytarılsın. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-970/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-970/2022
17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver