Məhkəmə qərarları › İş №3(125)-971/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-971/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-971/2024 19.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19629635 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19629635 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmşdır ki, o 25 fevral 2024-cü il tarixində saat 11:47 radələrində ona məxsus olan KİA Forte minik markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilimlə Bakı şəhəri, Heydər Əliyev pr, X6 girişində dayanarkən X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə olunaraq barəsində EQ 19629635 saylı qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 -ci maddəsinin dispazisyasmda Dayanma və ya durma qaydalarını pozmağa görə inzibati xəta pozuntusunun olması nəzərdə tutulmuşdur. Ona tətbiq edilən inzibari xəta haqqında qərar ilə razı deyil. Belə ki, İnzibati xəta haqqında protokol tərtib edilərkən o avtomobilin içərisində olmuşdur. Sadəcə telefon ilə danışmaq üçün avtombili qısa müddətə dayandırmışdır. X8 patrul xidməti yanından keçmiş və ona qadağan olunmuş yerdə avtomobili saxladığı üçün oranı tərk etməli olduğu barədə heç bir xəbərdarlıq etməmişdir. Həmçinin çəkilmiş fotoşəkillərdən də aydın görünür ki, o avtomobilimi tərk etməmişdir. Hesab edir ki, tərtib olunmuş qərar prosesual qaydanın pozulması ilə tərtib edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli EQ 19629635nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X5 izahatında ərizəni müdafiə etdiyini və xx.xx.2024-cü il tarixli EQ 19629635 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli EQ 19629635 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (dayanma və durma qaydalarını pozma) törətdiyinə görə, onun barəsində 20 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, KİA Forte minik markalı **- LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X1 qadağandır işarəsindən sonra maşını dayandırmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (dayanma və durma qaydalarını pozma) törətmişdir. Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsinə əsasən Dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, KİA Forte minik markalı **-LY- *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X1 qadağandır işarəsindən sonra maşını dayandırmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (dayanma və durma qaydalarını pozma) törətmişdir. Şikayətçi şikayətində polis tərəfindən ona xəbərdarlıq edilmədiyini və prosessual qaydanın pozulmasını əsas gətirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV. bəndində göstərilmişdir ki, Aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdəm aydın olur ki, inzibati xətanın törədildiyi yolda X5 3.27 yol nişanının tələbini pozaraq maşını dayandırmışdır. Məhkəmə iclası zamanı X5 avtomaşını telefonla danışmaq üçün dayandırdığını bildirmişdir. İnzibzati xətalar Məcəlləsinin 124.5-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati Xətalar Məcəlləsində nəzərədə tutulan qanunun bu norması nəqliyyat vasitəsinin sürücüsünün nəqliyyat vasitəsini məcburi dayanma halı ilə bağlı saxlayıbsaxlamamasını müəyyən etmək üçün nəzərədə tutulmuşdur. İnzibati icraat aparılan şəxsin öz izahatından da görünür ki, nəqliyyat vasitəsini telefon ilə danışmaq üçün saxlamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 30-cu bəndinə əsasən məcburi dayanma — texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Göründüyü kimi X2 avtomaşını telefonla danışmaq üçün dayandırması məcburi dayanma hesab oluna bilməz. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin əməkdaşları tərəfindən prosessual qaydanın pozulması işin mahiyyətinə yəni inzibati xətanın törədilməmiş kimi qiymətləndirilməsi üçün əsas sayıla bilməz. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19629635 nömrəli inzibati tənbeh vermə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19629635 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar