Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-972/2022 01.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi X4 iştirakı ilə, «X13» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə regional ərazi şöbəsindən «X13» MMC-nin barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X6 izahatında bildirdi ki, «X13» MMC tərəfindən Nəsrəddin Mehralıyevə ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli göstəriş xarakterli məktubun icra olunmaması aşkar olunmuşdur. Yol verilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən «X13» MMC-yə inzibati tənbeh verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X13» MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X5 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, 1988-ci ildən «X13» MMC-də işləmişdir. 2000-ci ildən sonra Kombinatda iş fəaliyyəti aşağı olduğuna görə işçilərin aylıq əmək haqları tam ödənilməmişdir. O da əmək haqqını aylar üzrə tam olaraq ala bilməmişdir. Uzun illər yığılıb qalmış əmək haqqı 12947 manat təşkil edir. Onun 70 yaşı var, xəstədir, dərmanlarını ala bilmir. Odur ki, onun əmək haqqının verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan «X13» MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə-Daşkəsən regional ərazi şöbəsinə xx.xx.2022-ci il tarixdə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, Kombinat hal-hazırda fəaliyyət göstərmir və müəssisə 2000-ci ildən sonra fəaliyyətini dayandıraraq qorunub saxlanılması məqsədilə mühafizə şirkətinə təhvil verilmişdir. Bu səbəbdən əvvəllər müəssisədə işçi olmuş vətəndaş X2 müraciətində qeyd olunan 12974 manat əmək haqqı məbləğinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Eyni zamanda, müəssisənin büdcəsi yoxdur və hər hansı borc olduğu təqdirdə onun ödənişinin təmin edilməsi yalnız müəssisənin fəaliyyətinin bərpa olunduğu halda mümkün olacaqdır. İş materiallarında olan X7 “X15 MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli **********0 nömrəli göstəriş xarakterli məktubdan görünür ki, vətəndaş X3 1988-ci ildə “X15 MMC-də işlədiyi dövrdə 2000-ci il tarixdən əmək haqqlarının kəsrlə ödənilməsi nəticəsində kombinatdan 12974 manat əmək haqqı alacağı qaldığı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsinə ünvanlanmış xx.xx.2022ci il tarixli 30 saylı məktuba əsasən şöbədə baxılmışdır. Müraciətdə qeyd edilən məsələ ilə bağlı MMC-nin məktubunda, Kombinatın hal hazırda fəaliyyət göstərmədiyi, 2000-cı il tarixdən fəaliyyəti dayandıqdan sonra qorunub saxlanılması üçün mühafizə şirkətinə təhvil verildiyi, X3 1988-ci ildə «X13»MMC-də işlədiyi dövrdə 2000-ci il tarixdən əmək haqqlarının kəsrlə ödənilməsi nəticəsində kombinatdan 12974 manat əmək haqqı alacağının düzgünlüyünün araşdırılmasının mümkün olmadığını, həmin borcun ödənilməsinin ancaq kombinatın fəaliyyətinin bərpa olunduğu halda mümkün olacağı qeyd edilmişdir. Bununla bağlı MMC-yə Əmək Məcəlləsinin 172 və 178-ci maddələri izah edilmiş və bildirilmişdir ki, Əmək Məcəlləsinin 172-ci və 178-ci maddəsinin tələblərinə əməl edilməklə bir ay müddətində X3 1988-ci ildə "X15» MMC-də işlədiyi dövrdə 2000-ci il tarixdən əmək haqqlarının kəsirlə ödənilməsi nəticəsində kombinatdan 12974 (on iki min doqquz yüz yetmiş dörd) manat əmək haqqı alacağının ödənilməsi bir ay müddətində təmin edilib Xidmətin Gəncə Daşkəsən regional şöbəsinə Gəncə şəhəri Atatürk prospekti 269/509A) məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 4.20-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsində 195.1-ci, 195.2-ci, 477-ci maddələrində, 539-cu maddəsinin adında, 539.1, 539.1-1,539.2, və 556.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı» dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, «X13» MMC-də işləmiş vət. X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 2000-ci ildən sonra Kombinatda iş fəaliyyəti aşağı olduğuna görə işçilərin aylıq əmək haqları tam ödənilmədiyini, uzun illər yığılıb qalmış əmək haqqı məbləğinin 12947 manat təşkil etdiyini, həmin məbləğin alınmasında ona köməklik göstərilməsini xahiş etmişdir. X7 Gəncə Regional Ərazi Şöbəsi “X15 MMC-yə xx.xx.2022-ci il tarixdə göstəriş xarakterli məktub ünvanlayaraq, bir ay müddətində X3 "X15» MMC-də işlədiyi dövrdə 2000-ci il tarixdən əmək haqqlarının kəsirlə ödənilməsi nəticəsində kombinatdan 12974 manat əmək haqqı alacağının ödənilməsini təmin etməsi tələb olunmuşdur. Lakin, göstərişdə nəzərdə tutulmuş bir aylıq müddətin keçməsinə baxmayaraq, MMC işçinin əmək haqqının ödənilməmiş hissəsinin ödənilməsini təmin etməmişdir. Beləliklə, məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, «X13» MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, məktub, izahat və digər sənədlərlə sübuta yetirilir. Hüquqi şəxsin inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də «X13» MMC-yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 539.1-1-ci maddəsinin sanksiyasında hüquqi şəxslərə münasibətdə inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası İXM-in 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquq pozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquq pozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 114, 115 və 130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «X13» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, şərti olaraq 2000 (iki min) manat məbləğində cərimə edilsin. «X13» MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla, bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X17
Məhkəmə qərarları › İş №3(125)-972/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-972/2022
01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver