Məhkəmə qərarları › İş №3(125)-973/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-973/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-973/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X6 nümayəndəsi X11 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X3 nümayəndəsi, məsləhətçi-əmək müfəttişi X13 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X3 rəisi X10 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X14 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1800 (min səkkiz yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X21 Xidmətinin X3 rəisi X17 tərəfindən 22 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün 1800 manat məbləğində cərimə olunmuşdur. Barəsində aparılan inzibati icraat qanunvericiliyin tələblərinə əməl edilmədən həyata keçirilmiş, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinin dispozisiyasında, bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmaya görə məsuliyyət nəzərdə tutmuşdur. İnzibati icraat aparan orqan, mübahisələndirilən qərarda xəsarət alma ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktının onun tərəfindən gizlədilməsini və hadisənin baş verdiyi gün X15 məlumatın verilməməsini qeyd etmişdir. Hadisənin baş verdiyi gün X15 məlumatın verilməməsini, yəni istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə məsuliyyət məsələsi İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən həll olunur ki, o, da həmin maddə ilə təqsirli bilinməmişdir, yəni barəsində həmin istiqamətdə inzibati icraat aparılmamışdır. Bundan belə nəticəyə gəlmək olur ki, o, İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinin bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə görə məsuliyyətə cəlb edilmişdir. Maddənin dispozisiyasında qeyd edilən həmin hissəyə gəldikdə isə xüsusi ilə qeyd edilməlidir ki, dispozisiyada açıq-aşkar yazılır ki, şəxs o zaman məsuliyyətə cəlb edilə bilər ki, bədbəxt hadisənin baş vermə halını gizlətmiş olsun. İnzibati icraat aparan orqan gizlətmə halı ilə məlumat verməmə halını düzgün realizə etməməklə, sonda hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir çox bölmə, hissə və fəsillərində məlumat verməmə halında məsuliyyətin yarandığını qeyd etmişdir. Buna görə də X21 Xidmətinin X3 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X6 nümayəndəsi X20 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X3 rəisi X10 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X3 nümayəndəsi, məsləhətçi-əmək müfəttişi X22 məhkəməyə izahat verərək bildirdi ki, Sözügedən qərar tam qanuni və əsaslı olaraq qəbul edilmişdir. Buna görə X14 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri X14 İXM-in 555.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, yəni X4 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktı Tural Abdullayev tərəfindən gizlədilmiş və hadisənin araşdırılması üçün dərhal, həmin hadisənin baş verdiyi gün DƏMX-nə məlumat verilməmiş və o, 1800 (min səkkiz yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissəsinin tibbi xidmət rəisi t/x kapitanı Qasımlı Səlimbəy tərəfindən verilmiş arayışın surətindən görünür ki, hərbi hissəsinin mülki işçisi X7 xx.xx.2023-cü il tarixində tibb məntəqəsinə müraciət etmiş və ilkin müayinədən sonra Abbas Səhhət xəstəxanasına təxliyyə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, 07 iyun 2023-cü il tarixdə X7 N nömrəli hərbi hissəsinin əsgər yeməkxanasında iş vaxtı şəxsi ehtiyatsızlıq nəticəsində xəsarət almışdır. Tərəflərindən hadisə yerinə baxış keçirilən zaman aşkar olundu ki, şəxs ehtiyatsızlıqdan ayaq nahiyəsinin yanması xəsarəti almışdır. İş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissəsi tərəfindən X21 Xidməti X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli, 3-17- 5/2-54424/2023 nömrəli məktuba cavab olaraq hərbi hissənin yeməkxanasının (stasionar) aşpazı mülki işçi X7, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində növbədə olduğu zaman təhlükəsizlik qaydalarını pozaraq ehtiyatsızlıqdan ayaq nahiyəsi yanması xəsarəti alması ilə nəticələnmiş hadisənin təhqiqatını aparacaq komissiyaya hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi mayor X26 və X24 Komitəsinin sədri mülki işçi X8 üzv kimi qəbul olunmaları təklif edilmişdir. İş materiallarına əlavə edilmiş X28 Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X7 xx.xx.2023-cü ildə GMDM-nə müraciət etmişdir və xx.xx.2023-cü il tarixdə hər iki ayaqda yanıq travması aldığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 555.3-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin komandiri X14 vəzifəli şəxs qismində bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə görə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X3 rəisi X17 tərəfindən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəməyə verilmiş şikayət ərizəsində, o cümlədən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X6 nümayəndəsinin məhkəməyə verdiyi izahatında qəbul edilmiş qərarla bağlı mübahisələndirilmiş məqamlar məhkəmə iclasında öz təsdiqini tapmadı. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan aydın şəkildə görünür ki, X4 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktı barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinə N saylı hərbi hissə tərəfindən verilməmişdir. X4 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktı barədə məlumat digər mənbədən, yəni X28 Xəstəxanasından (xx.xx.2023cü il tarixli məktub) əldə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, N saylı hərbi hissə komandiri barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X3 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi inzibati tənbeh vermə haqqında qərarla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X3 nümayəndəsi X13 izahatı və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X9 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Gəncə-Daşkəsən Regional X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli bilinib, 1800 (min səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X3 rəisi X10 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar